"Fənərbağça" azakeşləri Jesusa qarşı kampaniyaya başlayıblar - Türk məşqçiyə qapı aralanır

img

10-05-2023 [11:08]


Xəbər verdiyimiz kimi, son həftədə "Giresunspor"la 1:1 hesablı heç-heçə edən "Fənərbağça" çempionluq yarışında ağır "yara" alıb.

Mia.az-ın məlumatına görə, bu "yara"dan sonra "Fənərbağça" tərəfdarları sosial şəbəkədə baş məşqçi Jorge Jesusa qarşı kampaniyaya başlayıblar. 

Onlar Jesusun tezliklə istefaya göndərilməsini, yerinə isə Sərgən Yalçının gətrilməsini  tələb edirlər.

Türkiyə mətbuatı yazır ki, azarkeşlərin "Sergenə Yalçın Fener" etiketi ilə başlatdığı kampaniya qısa zamanda milyonların paylaşımına səbəb olub.

Xatırladaq ki, Jorge Jesus  indiyədək "Fənərbağça" komandasını 47 oyuna çıxarıb. Bu görüşlərdə komanda 31 qələbə qazanıb, 10 heç-heçə edib, 6 məğlubiyyətlə üzləşib. 

Fərid

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR