Kolumbiyalı futbolçu "Beşiktaş"a "yox" dedi

img

08-05-2023 [13:50]


"Beşiktaş"ın "Olimpiakos"la yollarını ayıran məşhur kolumbiyalı futolçu James Rodriqesi transfer cəhdi alınmayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İstanbul klubunun rəsmiləri ötən gün 31 yaşlı futbolçu ilə görüşüb.

Lakin bir aydır yunan komandasından ayrılan futbolçu Türkiyəyə gəlməkdən imntina edib.

İspaniya mətbuatı yazır ki, Rodriges "Beşiktaş"la yanaşı, Braziliya Liqası komandalarından "Botafoqo"ya da "yox" deyib.

Xatırladaq ki, Rodriges "Olimpiakos"un heyətində 23 rəsmi oyuna çıxıb. 31 yaşlı futbolçu bu matçlarda 5 qol və 6 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR