Azay Quliyevə daha bir dəstək gəldi - Samir Adıgözəlli

img

14-05-2014 [23:22]


Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini Samir Adıgözəllidən də QHT Şurasının sədri, deputat Azay Quliyevə dəstək gəlib. Samir bəy Azay Quliyevə qarşı yönəlik kampaniyanı şiddətlə qınadığını deyib.

 Mia.az sədr müavininin açıqlamasını olduğu kimi təqdim edir: 

 "Təəssüflər olsun ki, ayrı-ayrı vaxtlarda mətbuatımızda ölkəmizin dəyərli ziyalılarına, hakimiyyət nümayəndələrinə, ictimai-siyasi xadimlərinə qarşı şantaj və qarayaxma yazılar yazılmaqdadır. Jurnalistikamıza və milli mətbuatımızın üz qarası olan bu cür dırnaqarası jurnalistlərin əməllərini şiddətlə qınayıram. Hələ 90-cı illərin əvvəllərindən, gənclər hərəkatı dövründən Azay Quliyevi tanımış və onun ictimai-siyasi fəaliyyətini yaxından izləmişəm. Deyə bilərəm ki, o, həm insani keyfiyyətləri baxımından, həm milli vətənpərvərliyinə görə, həm də dövlətçilik və iş təcrübəsi baxımından dövrümüzün gəncləri içərisində formalaşmış ən qiymətli ziyalılarımızdan biridir. Səmimiyyətimlə bildirim ki, 20 ilə yaxın tanıdığım Azay Quliyev atdığı bütün addımlarda Azərbaycanın milli dövlətçilik maraqlarını üstün tutmuş, şəxsi bacarıq və qabiliyyəti ilə rəhbərlik etdiyi sahədə ciddi uğurlara imza atmışdır. Bu gün onu nüfuzdan salmaq istəyən vicdanını itirmiş şəxslər bilməlidir ki, belə böhtanlarla ancaq özlərini ifşa etmiş olurlar. Azərbaycan ictimaiyyətini, media qurumlarını qısa bir zamanda belələrinin əməllərinə həm hüquqi, həm mənəv qiyməti verməyə çağırıram. Azay Quliyev haqqında yazılan böhtanlara münasibətimi və etirazımı özümə borc bildim. Sizləri də hər birimizin öz vicdanı qarşısında bu cür haqsızlıqlara səssiz qalmamağa çağırıram". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA