Şotlandiya Liqasının çempion bəlli olub

img

07-05-2023 [21:25]


Şotlandiya Liqasının bitməsinə 4 həftə qalmış çempion bəlli olub.

Mia.az xəbər verir ki, bu gün səfərdə "Harts"ı 2-0 hesabı ilə məğlub edən "Seltik" Şotlandiya Liqasında 53-cü çempionluğunu elan edib.

Bu nəticə ilə xalını 95-ə yüksəldən "Seltik" ən yaxın izləyicisi "Reyncers"in oyununun nəticələrindəın aslı olmayaraq, rəsmən çempion adını qazanıb.

Xatırladaq ki "Seltik" bu mövsüm keçirdikləri oyunlarda 105 qol vurub, 25 qol buraxıb. Komanda, ümumiyyətlə, 15 matçda qapısından bir qol buraxmayıb.

Fərid 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR