"Qalatasaray"ın 25 yaşlı müdafiəçisinə Avropadan təkliflər yağır

img

08-05-2023 [16:40]


Super Liqanın lideri "Qalatasaray"ın danimarkalı müdafiəçisinə Avropadan təkliflər yağır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, həm "Qalatasaray"da, həm də Danimarka millisindəki möhtəşəm oyunu ilə diqqəti çəkən 25 yaşlı futbolçu Viktor Nelssona  İspaniyadan "Sevilya" və "Betis" rəsmi təklif göndərib.

"Fanatik" qəzeti yazır ki, "Sevilya" hələ mövsümün əvvəlində onu transfer etmək istəyib: "Ancaq həmiin vaxtı "Qalatasaray" təklifə "yox" deyib. İndisə “Betis” də ona elçi düşüb. Bu isə müdafiəçinin qiymətini qaldırıb".

Xatırladaq ki, bu mövsüm "Qalatasaray"da cəmi 30 oyun keçirən Nelsson 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Fərid 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR