"Antalyaspor"un prezidenti "Beşiktaş"la oyundan sonra "od püskürdü": "Meydanda futbol yox, qətliam vardı"

img

06-05-2023 [23:33]


"Antalyaspor"un prezidenti Sabri Gülel "Beşiktaş" matçından sonra sərt bəyanat verib.

Mia.az xəbər verir ki, "Beşiktaş"a 3-1 mağlubiyyətdən sonra mətbuata açıqlama verən klub rəhbəri Sabri Gülel oyunun baş hakmi Meti Kalkavanı "topa tutub".

Klub prezidenti deyib ki, hakim oyunu idarə etməyib: "O, ilk dəqiqədən bizim futbolçuları dayanadırmağa can atdı. O, oyunu məhvə apardı. Bizim futbolçuları, ümumiyyətlə, matçı qətl etdi. Bəli, bu gün meydanda futbol yox idi, qətliam vardı. Bugünkü oyunu əxlaqlı saymıram".

Xatırladaq ki, oyunda qalib gələn "Beşiktaş" bir oyun üstünlüyü ilə xalını 68-ə çatdıraraq, lider "Qalatasaray"la (70 xal) çempionluğa ortaq olub.

Onu da qeyd edək ki, "Fənərbağça" 67 xalla 3-cü yerdədir.

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR