"Fənərbağça" macar müdafiəçiyə 20 milyon avro qiymət qoyub

img

05-05-2023 [14:08]


"Fənərbağça"nın müdafiəçisi Attila Szalainin atası oğlunun gələcəyi ilə bağlı Macarıstan mətbuatına açıqlamalar verib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İstanbul klubunun oğluna 20 milyon avroluq transfer qiyməti qoydğunu deyib:

"Hər il yayda transfer söhbərləri gündəmə gəlir. Təbii ki, çox ciddi transfer təklifləri olur, amma sizə hər şeyi açıb deyə bilmərəm. Attila bu saat "Fənərbaxça"daddır, oradakı oyunlara diqqətini verib. Çünki çempionluq şansları davam edir. "Fənərbağaça" ilə müqaviləsinin bitməsinə hələ 2 il var. Təbii, bu səbəbdən onun transfer haqqını İstanbul klubu müəyyən edir".

Futbolçunun atası bildirib ki, nə oğlu, nə də o, pulu deyil, rahatlığı düşünür: "Heç vaxt pulla maraqlanmamışıq. Əsas olduğun xoşbəxt olmağındır.   Təbii ki, Atilla bir çox komandada oynaya bilər. Onun "Bavariya", yaxud "Borrusiya Dortmund" transferi tez-tez gündəmə gəlir. 

Dediyim kimi, oğlumla bağlı ancaq indiki klubu qərar verəcək".

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR