14-05-2014 [20:31]
BMAM-ın Mətbuat xidmətindən verilən məlumata görə,
Quba rayon İcra hakimiyyəti ilə birgə təşkil olunan tədbirdə şəhər İcra
Hakimiyyətinin nümayəndələri, şəhər ictimaiyyətinin təmsilçiləri, QHT və media
rəhbərləri iştirak edib.
Tədbiri
giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının I müavini Yusif Abidov
çıxış edərək bildirib ki, bu tədbirin Quba rayonunda da keçirilməsindən rayon
rəhbərliyi olaraq məmnundurlar: "Adından da məlum
olduğu kimi, tədbir hamımız üçün çox böyük əhəmiyyət kəsb edən bir mövzunu
əhatə edir. Əlbəttə ki,
ölkəmizin inkişafına xidmət edən bütün proqram və layihələr hər birimiz üçün
önəmlidir. Son dövrlərdə ölkəmizdə həyata keçirilə islahatlar bütün sahələrdə
müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. "Azərbaycan 2020:
gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində Quba rayonunda da çox
mühüm işlər görülmüş və görülməkdə də davam edir. Son iki il ərzində
rayonumuzda sosial-iqtisadi, ictimai-siyasi sahədə böyük irəliləyişlərə nail
olunmuşdur. 160 minə yaxın əhalisi olan Quba rayonunda təhsilin, mədəniyyətin,
səhiyyənin inkişafını təmin etmək, insanların rifah halının yüksəldilməsi,
gənclərin məşğulluğunun təmin olunması, turizmin inkişafı, kənd təsərrüfatının
bütün sahələrinin genişləndirilməsi və digər sahələr diqqət mərkəzində
saxlanmışdır. Bura yeni məktəblərin tikintisi, bir sıra kəndlərdə tibb
məntəqələrinin yeni binalarla təmin olunması, uşaq bağçalarının yenidən
qurulması, rayonun əksər idarə və müəssisələrinin yeni inzibati binalarla
təchiz olunması, həmçinin böyük bir layihə olan su kanalizasiya sisteminin
yenidən qurulması, eyni zamanda tikintisi hələ nəzərdə tutulan bir çox
obyektlər də daxildir. Bu siyahını davam etdirmək də olar”.
Tədbirdə BMAM sədri, layihənin rəhbəri
Rufiz Qonaqov geniş məruzə ilə çıxış edib. O bildirib ki, layihə Bakı şəhərində
Yasamal və Binəqədi rayonlarını, Sumqayıt, Gəncə və Quba regionlarını əhatə
edir: "Artıq Yasamal və
Binəqədi rayonlarında, eləcə də Sumqayıt şəhərində ictimai müzakirələrimiz başa
çatıb. Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası regionların tarazlı
inkişafını təmin edir. Son tədbirimiz isə Gəncədə keçiriləcək. Prezident İlham
Əliyevin 2011-ci il noyabrın 29-da "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyası”nın hazırlanması ilə bağlı verdiyi sərəncam görülən işlərin sürətlənməsinə
və səmərəliliyinin artmasına zəmin yaratdı. Konsepsiyanın əhatə etdiyi bütün
sahələr məhz bu yüksəlişə hesablanıb. Bu konsepsiya Azərbaycan dövlətinin yeni
böyük uğurlarının başlanğıcıdır. Bütün sahələrlə yanaşı, insan kapitalının
inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması bu konsepsiyada xüsusi
əhəmiyyət daşıyır. Ölkə əhalisinin iş yerləri ilə təmin olunması üçün kompleks
tədbirlər planı həyata keçirilir. Hazırda 60-a yaxın dövlət proqramı,
strategiya və konsepsiya fəaliyyətdədir ki, bunlar da ölkəmizin ictimai
həyatının bütün sahələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir.
Belə ki, son illər ərzində Azərbaycanda işsizliyin və yoxsulluğun azaldılması
istiqamətində əsaslı nailiyyətlər əldə edilmişdir. 2004-2008-ci və 2009-2013-cü
illəri əhatə edən Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının
qəbulunun müvəffəqiyyətlə icra edilməsi nəticəsində 40 mindən artıq yeni
müəssisə yaradılmış, 2003-cü ildən bu günədək Azərbaycanda 1 milyon 200 min iş
yeri açılmışdır ki, onların 800 mindən çoxu daimi iş yeridir. Əgər 2003-cü ildə
ölkəmizdə işsizliyin səviyyəsi 49% təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 5.2%
səviyyəsinədək düşmüşdü”.
Sonra isə Quba rayon İcra Hakimiyyətinin
İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Aynur Yəhyayeva
çıxış edərək, İnkişaf konsepsiyası çərçivəsində Quba rayonunda görülmüş
işlərdən və qarşıda həyata keçiriləcək fəaliyyətlərdən söz açıb: "Quba
rayonunda son illər görülən abadlıq-quruculuq işləri ilə yanaşı rayon
əhalisinin rifah halının yaxşılaşdırılmasında da irəliləyişlər qeydə alınıb. Yerli QHT-lərin fəaliyyətinin müsbət
istiqamətdə aktivləşməsi və dövlətin göstərdiyi diqqət rayonun ictimai-siyasi
palitrasında vətəndaş cəmiyyəti quruculuğunun möhkəmlənməsinə geniş
perspektivlər açır”.
BMAM sədrinin müavini, layihənin eksperti
Həbib Heydər isə çıxışında konsepsiyanın gənclərlə bağlı müddəalarına diqqət
çəkib: "Yüksək rəqabət gücünə malik iqtisadiyyat, səmərəli dövlət
tənzimləməsinə və yetkin bazar münasibətlərinə əsaslanan iqtisadi modelin
formalaşması, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun
inkişafı, elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi, insan
kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması kimi
başlıca vəzifələr bir daha sübut edir ki, yaxın gələcəkdə Azərbaycan dünyanın
ən modern və qüdrətli dövlətlərindən birinə çevriləcək. Elmlə istehsalatın
qarşılıqlı əlaqəsinin təmin edilməsi, "bilik iqtisadiyyatı”nın
formalaşdırılması xüsusi istiqamət kimi təyin edilmişdir. Sözügedən müddəalar
gənc elmi işçilərin iş səmərəliliyini artıracaq, gənclərin sosial müdafiəsini
gücləndirməklə "beyin axını”nın qarşısını alacaqdır. "Beyin axını” ilə bağlı
məsələ konsepsiyada qırmızı xətt kimi keçir. Orta təhsildə də "yaddaş məktəbi”ndən,
"düşüncə, fikir məktəbi”nə keçidin əsasının qoyulması məhz İnkişaf
Konsepsiyasında irəli sürülmüşdür. 12 illik təhsil sisteminə keçidlə
yanaşı, məktəbdənkənar təlim proqramlarının hazırlanması təhsilin
utilitarlığını yüksəldəcəkdir. 2015-2020-ci illər üçün gənclərimizin xaricdə
təhsil alması ilə bağlı yeni Dövlət Proqramının qəbulu da nəzərdə tutulur. Quba
şəhərinin də 2014-cü ildə Azərbaycanın Gənclər Paytaxtı seçilməsi özü region
gənclərinin sosial həyatının aktivləşdirilməsi və səmərəli həyat fəaliyyətinin
təşkili sarıdan dövlətimizin gənclər siyasətinin bir inikasıdır. Xüsusilə,
şimal bölgəsinin iri şəhərlərindən biri kimi Qubanın bu statusu əldə etməsi həm
bu il, həm də bundan sonrakı illərdə qubalı gənclərin üzərinə xüsusi vəzifələr
və əlavə məsuliyyətlər qoyur. Bütövlükdə, sözsüz ki, Azərbaycanın inkişafı ilk
növbədə Azərbaycan gəncinin inkişafından çox asılıdır. Bu həm də
gənclərimizi öz təsirinə salan müxtəlif zərərli dini və siyasi cərəyanların
fəaliyyətini çətinləşdirəcək. Dövlətimizin milli təhlükəsizliyi gənclərimizin
milli dövlətçiliyə sahib çıxmasından keçir”.
Quba rayon Gənclər Mərkəzinin rəhbəri Rəxşəndə
Bayramova çıxışında rayon gənclərinin sosial rifahı və onlar üçün yaradılan
şəraitlə bağlı fikirlərini bildirib: "Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq
bəndinə əsasən, proqramın əhatə etdiyi dövr ərzində hər il ölkənin bir rayon və
ya şəhərinin "Azərbaycanın gənclər paytaxtı” elan edilməsi nəzərdə tutulub. Quba şəhəri də 2014-cü il üçün
"Azərbaycanın gənclər paytaxtı” seçilib. Quba gənclərinin uğuru və sosial
şəbəkələrdə yüksək aktivliyi bu qələbəni əldə etməyə imkan vermişdir. Mərkəzin
də birbaşa iştirakı ilə cari ildə gəncləri maraqlandıran bir sıra silsilə
tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.
Demokratik Jurnalistlər Liqasının sədri
Yadigar Məmmədli çıxış edərək bildirib ki, konsepsiya kompleks şəkildə bütün
istiqamət və sahələri əhatə edir: "Konsepsiyanın əsas müddəalarından biri də
müasir təhsil sisteminin formalaşdırılması, gender bərabərliyinin təmin
olunması və ailənin inkişaf etdirilməsi, gənclərin potensialının və idmanın
inkişafı, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, ətraf mühitin qorunması və
ekologiya məsələləridir. Vətəndaş cəmiyyəti ildən-il inkişaf edir. QHT-lərin,
mətbuat vasitələrinin təkcə sayı deyil, keyfiyyəti də müsbət mənada sürətlə
dəyişir. İdmana olan diqqət və qayğı, gənclərlə bağlı həyata keçirilən layihələr
bütünlükdə cəmiyyətimizin inkişafına stimul verir. Bu da onu göstərir ki, yaxın
gələcəkdə biz indiki inkişaf rəqəmlərinin daha da yüksələcəyini görəcəyik”.
Tədbirin sonunda şəhər ictimaiyyətinin
nümayəndələri, QHT rəhbərləri media nümayəndələri və başqaları çıxış ediblər.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident onları mükafatlandırdı - SİYAHI
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı