Hafiz Hacıyev: "Jirinovski başıxarab, avara bir adamdır"

img

14-05-2014 [20:18]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a müsahibə verib.

-Müasir Müsavat hakimiyyət yönlü təşkilat olsa da, ona ögey münasibət var, ən azından hakimiyyətin ixtiyarında milyon kvadratmetr əmlak olsa da, partiyaya qərargah üçün yer ayırmağı lazım bilmirlər...

-Səhviniz var !Muasir Musavat iqtidaryönlü yox,dövləti, dövlətçiliyi müdafiə edən bir partiyadır.Siz jurnalistsiniz, xahiş edirəm, realist olun. Bir müxalifətçi olaraq 2-ci bir adam göstərin ki, mənim kimi baş verənlərə kəskin reaksiya versin və tənqid etsin.Mən 3 dəfə prezidentliyə namizəd olmuşam. Ən kəskin çıxışlarım həmin dövrlərdə olub. Xatırlayın lütfən,hansı nazirləri tənqid edərək, xəyanətlərini mərd-mərdanə demişəm. Ehtiyac duyursunuzsa sayım? Hələ 2008-ci ildə Elnur Aslanov PA-da şöbə müdürü təyin ediləndə efirdə 9 milyonun gözü qarşısında mən onun 3 dəfə mandat almış anasına sözümü demişəm,eləcə də hazırda istefaya göndərilmiş və həbs edilmiş nazirləri ilk dəfə mən tənqid etmişəm.

"Daş yuxular”ın müəllifi olan Əkrəm Əylislini kim kəskin tənqid etdi? Mən!

Jirinovskinin azərbaycanlıları tənqid etməsinə ən kəskin açıqlamanı kim etdi?Yenə də mən! Xarici ölkələrin mətbuatı da bu açıqlamaları günlərlə manşetə çıxardılar.Bəs siz hansı haqla məni hakimiyyətyönlı adlandırırsınız?

Yəqin ki, mənim müxalifəti tənqid etməyim sizi mənə bu sualı verməyə vadar edib.Təəssüflər olsun ki, mənim bəziləri haqda illərdir iddia etdiyim fikirlər, son dövrlər elə həmin radikal cəbhədə özləri tərəfindən təkrar edildi. Xatırlayın, AXCP Musavat funksionerlərinin bir-birini öz inhisarlarında olan mətbuu orqanlarda tənqid etmələrini və sosial şəbəkələrdə baş verən virtual "müharibələri”.

- Atəşkəsin 20 ili arxada qalsa da bir qarış da torpaq ala bilmədik. Biz daha neçə belə qara yubileylər keçirəcəyik?

-Bilirsiniz, vaxtı ilə bəzilərinin günahı ucbatından itirdiyimiz torpaqların qaytarılması üçün ciddi işlər görülür. Azərbaycanda güclü ordu formalaşıb. Qarabağ məsələsinin həlli üçün lazımı işlər görülmür desək, nankorluq olar.Bu günə qədər başda Azərbaycan prezidenti olmaqla mümkün olan bütün variantlar denənir .Siz ermənilərin arxalarını hara söykədiklərindən niyə danışmırsınız? Həmişə günahı özünüzə düşmən gördüyünüz şəxslərdə axtarırsınız. Niyə 1 dəfə də olsa İsa Qəmbərə "İsa bəy,torpaqları niyə satdınız "sualı ilə müraciət etməmisiniz? Yəqin sərf etmir

Sərkisyan gəlib Şuşada bizə meydan oxudu. Onu Bakıdan hədələməkdən usanıb bir terrorçu kimi başın kəsmək mümkün olmasa da, ona haqq etdiyi cəzanı necə verə bilərik ki, Xocalı şəhidlərinin ruhları rahatlıq tapsın?

-İllərdir belə bir ənənə yaranıb. Hamı bütün günahları da ,Qarabağın işğaldan azad edilməsi üçün atılacaq hər hansı bir addımı da ölkə prezidentindən umur. Bir peşəkar jurnalist kimi siz ermənlərə qarşı hansı təsiredəcək məqalə yazmısınız? Əlinizdə bu qədər təbliğat imkanlarınız var.

Qaldı Sərkisyanın Şuşaya gəlməsinə ,bu faciə deyil. O,hansı yollasa işğal etdikləri torpağa gəlib. Dəhşətlisi odur ki,görün ,nə qədər azərbaycanlı ermənlərlə iş birliyi qurur. Araşdırın görün,həmin işlərin motivində ermənlərə etiraz edəcək bir hərəkət ,bir bəyanat ,bir sətr də olsa tənqid varmı? Həmin insanlar aramızda ,qürurla gəzməkdədirlər.Sanki, acıq verirlər.Biz nə edirik ?Jurnalistlər sevinir ki,mövzu çıxdı ,siyasilər sevinir ki,jurnalistlər onu dindirdi.Nəticədə isə ortada satqınlar böyük pullar qazanırlar.

Mayın 9-da Putin Krıma, Sarkisyan Şuşaya getdi, amma İlham Əliyev isə Gül bayramı ilə kifayətləndi.

-Bilirsiniz, Putinin prezidentliyi dövründə heç bir müsbət iş görülməyib.Bütün problemlər kəskinləşib və məlum olub ki, Rusiya iqtisadiyatı çökür. Putin öz fərsizliyini örtmək üçün Krımın işğalına qərar verdi və Krıma səfər də planın bir parçasıdır. Hadisələri informasıya vasitələri bir az şişirdir.

Sarkisiyanın durumu Putininkindən daha ağırdır. Torpaqlarımızı işğal etsələr də ölkələrinin ,yəni Erməniistan iqtisadi çöküşünün ən pik nöqtəsindədir. Rusiyanın təsir dairəsində sıxışıb qalan Sarkisyan da Putin kimi Şuşaya səfər etməklə ,öz uğursuzluğunu sığortalamağa çalışır.

Azərbaycanın isə iqtisadi inkişaf baxımından vəziyyəti kifayət qədər parlaqdır. Bunu görməyənlər kor, görüb deməyənlər isə bədxahdırlar.

Tez-tez məmurları ittiham etsəniz də heç birin yerindən tərpətmək olmur. Sizcə İlham Əliyev kimlərə qapını göstərməlidir? Konkret adlar çəkməyinizi xahiş edirik

-Yuxarıda da qeyd etdim ki, 2005-dən bu yana tənqidimə tuş gələn məmurların neçəsi artıq öz kreslosu ilə vidalaşıb. Bu prezident seçkisindən sonra da dəyişikliklər oldu və o dəyişiklikləri böyük saymaq olar . İslahatlar davam edir.

-Jirinovskiylə haqq-hesab çürütmədiniz deyəsən. Bəlkə Moskvaya gedib onu başa salasınız.

-Jirinovski başıxarab, avara bir adamdır.Mənim onun haqqında əvvəllər də çıxışlarım olub.Rus mətbuatı çıxışıma reaksiya verib.Bu adam türklərdən heyif almaq istəyir.Çünki 5-6 türkdən əmələ gəlib.

-Parlament seçkilərində hansı dairədən namizədlyinizi verəcəksiniz?

-Hələ bu barədə partiyada müzakirələr başlanılmayıb.Münasib bildiyiniz yerdən namizədliyimizi verəcəyik.Lazım olsa Xankəndindən də namizəd olmağa hazıram.

-Parlamentdə erməni qohumu olan neçə deputat tanıyırsınız? Bəs Nazirlər Kabinetində necə?

-Hələ dəqiq siyahım yoxdur. Hər halda jurnalistsiniz,siz araşdırma aparıb ,ortaya siyahı qoya bilərsiniz.

-Sizcə Bakıda yaşayan 50 min erməni qadını müstəqilliyimiz üçün real təhlükə ola bilərmi?

-Bu artıq bayağılaşmış mövzudur.Əgər bu kimlərisə narahat edirsə,bir tədbir görsün. Leyla Yunus və onun əri Arif Yunusu kimlər himayə edib bu günə qədər? O,o qədər qudurub ki ,Azərbaycan polisinin başından papağını çıxarıb atır və hamı buna seyrçi qalır. Erməni soyqırımını tanıyan Fransa prezidenti Azərbaycana gəlir ,erməni agenturasına işləyənlərlə görüşür.Buna bizim partiya öz etirazını bildirdi. Bu gün ölkədə qarışıqlıq yaratmaq istəyənlərın başında Leyla Yunus və onun dost-aşnası durur.

-Qarabağdakı erməni vətəndaşımızı öz tərəfimiziə çəkmək üçün nə etməliyik?

-Qarabağ ermənilərinin ataları azərbaycanlıdır. Hesab edirəm ki,bunun formatını mən prezident olsam fikirləşərəm.

İşğal altında olan torpaqlarımız təxminən boşdur.Ermənistan xaricdən gələn soydaşlarını Qarabağda yerləşdirməyə çalışır.Ancaq 22 ildir buna nail ola bilmir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA