14-05-2014 [16:08]
Bu gün ADP Mərkəzi Qərargahında Qarabağ Blokunun növbəti iclası keçirilib. İclasda ölkə və beynəlxaq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
Blok iştirakçıları ilk növbədə Rusiyanın seperatçı qüvvələrə aktiv dəstəyi ilə Ukraynanın Donetski və Luqansk əyalətlərində referendum keçirilməsini qətiyyətlə pisləyib və bu faktın ölkə Konstitusiyasına və beynəlxalq hüquq normalarına zidd olduğunu diqqətə çatdırıb. Blok iştirakçıları bu referendumun Rusiyanın təhriki ilə keçirildiyini qeyd edib və dünya dövlətlərini Krımdan sonra Şərqi Ukraynanın işğal və ilhaq siyasətinə hesablanmış bu addımların qarşısını almağa, Rusiyanın bu işğalçı siyasətdən geri durmadıqca ölkəyə qarşı iqtisadi, siyasi sanksiyalar tətbiq etməyə və Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması üçün lazım olan səyləri daha ciddi və təsirli formada davam etdirməyə çağırıb.
Blok iştirakçıları Fransa prezidenti F.Hollandın Azərbaycana səfərinin nəticələrinə münasibət bildirib və görüşün iki ölkə arasında qarşılıqlı iqtisadi, siyasi, mədəni əməkdaşlığa böyük töhfə olması ilə yanaşı bundan sonrakı dövrdə Minsk Qrupunun həmsədr ölkəsi olaraq Fransanın Dağlıq Qarabağ probleminin həllində daha ədalətli mövqe tutmasına ümidvar olduğunu diqqətə çatdırıb. Lakin blok iştirakçıları Fransa prezidentinin İrəvana səfəri zamanı açıq şəkildə Ermənistan dövlətinin yanında durması ilə bağlı bəyanatlar səsləndirməsini və qondarma "erməni soyqırımı”nın tanınması ilə bağlı Türkiyəyə çağırışlar etməsini təəssüflə qarşılayıb və bu təzadlı mövqenin onun ATƏT-in Minsk qrupundakı rolu ilə bir araya sığmadığını qeyd edib.
Blok iştirakçıları ABŞ-ın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı təklif etdiyi yeni variantının heç də Azərbaycanın mili maraqlarını tam təmin etmədiyini bildirib və bu layihədə işğalçı dövlətə üstünlüklər verilməsini istər işğalçı dövlət barədə BMT-nin ümumi qətnaməsinə, istərsə də BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal azad olunması ilə bağlı məlum dörd qətnamənin tələblərinə zidd olduğunu diqqətə çatdırlıb və ABŞ rəsmilərini Rusiyanın Krıma müdaxiləsində göstərdiyi təpkini Qarabağa münasibətdə də tətbiq etməyə çağırıb.
Blok iştirakçıları bu gün postsovet məkanında ölkələrin müstəqilliyi və suverenliyi hüquqlarının pozulması hesabına baş tutan seperatçı meyllərin hər birinin arxasında Rusiyanın təhriki ilə Dağlıq Qarabağda başlayan seperatizmdən qaynaqlandığını diqqətə çatdırıb, adı çəkilən ölkənin tətbiq etdiyi Qarabağ modelinin Rusiyanın imperiya iddialarının gerçəkləşməsi üçün atılan addımlar olduğunu qeyd edib. Qeyd olunub ki, Putinin Krıma səfəri hansı qaydada Ukraynanın müstəqilliyinə zidd addımdırsa, Sarksiyanın da Azərbaycan ərazisi olan Qarabağa səfər etməsi ölkəmizin müstəqilliyinə və beynəlxalq hüquq normalarına o qədər ziddir və gərəkən odur ki, Qərb dövlətləri, o cümlədən ABŞ bu cür yanaşmalarda ikili standarlardan əl çəksin.
Blok iştirakçıları Güney Azərbaycan fəallarının milli haqlar uğrunda mübarizəsini işgəncə və həbslərlə qarşılayan İran rəsmilərinin milli qüvvələrə qarşı yönəltdiyi repressiv siyasətdən narahat olduğunu bildirib və bu həbslərə etiraz olaraq həbsxanada aclıq edən soydaşlarımızı, xüsusilə milli fəal Yürüş Mehrəli bəyi aclığı dayandırmağa, daha effektiv yollarla demokratik mübarizəni davam etdirməyə çağırıb.
Blok iştirakçıları Türkiyə mədənlərində baş verən partlayış nəticəsində çoxsaylı insanın faciəli şəkildə vəfat etməsini dərin kədər hissi ilə qarşılayıb, vəfat edənlərin doğmalarına və bütövlükdə qardaş Türkiyə dövlətinə bu itkidən təəsüfləndiklərini ifadə edən başsağlığı məktubu ünvanlayıb.
Qarabağ Bloku son vaxtlar siyasi mənsubiyyətinə, o cümlədən azad mətbuat nümayəndələrinə qarşı ölkə miqyasında aparılan diskriminasiya və repressiya siyasətini də müzakirə edib. Müzakirələrdə "Nida” Vətəndaş Hərəkatının üzvlərinə qarşı oxunan ədalətsiz hökmlələri, bu hökmlərə qarşı etiraz edən bir qrup gənclərə, o cümlədən AXCP fəalı xanım Kəmalə Bənənyarlıya qarşı tətbiq edilən həbsləri, jurnalist Pərviz Həşimlinin həbs olunmasını, onun məhkəmə prosesinin qeyri-şəffaf aparılmasını, prokurorun onun heç bir hüquqi əsas olmadan 9 il azadlıqdan məhrum ediməsini tələb edilməsini, o cümlədən dünən ADP Salyan Rayon Təşkilatının sədri, "Demokratiyaya yardım” Qeyri-Hökumət Təşkilatının rəhbəri Emil Məmmədovun şübhəli əsaslarla saxlanılmasını hakimiyyətin ölkədə vətəndaş cəmiyyəti institutlarına qarşı apardığı repressiya siyasətinin tərkib hissəsi kimi dəyərləndirib, eyni zamanda beynəlxalq ictimaiyyətini və ölkə ictimaiyyətini baş verənlərə adekvat reaksiya verməyə və qanun çərçivəsində bu repressiyanın qarşısının alınması isdtiqamətində mövqelərini ortaya qoymağa çağırıb.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident onları mükafatlandırdı - SİYAHI
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı