Rəsmi Vaşinqton Kremlə hücuma şübhə ilə yanaşdı: "Oradan verilən açıqlamalara inanmırıq" - "Əgər Ukrayna hücum edərsə..."
04-05-2023 [00:10]
ABŞ Kremlə dron hücumuna reaksiya verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Dövlət katibi Antoni Blinken Ukraynanın Rusiya prezidenti Vladimir Putinin iqamətgahına PUA ilə hücuma cəhd etməsi ilə bağlı xəbəri təsdiqləməyib.
O bildirib ki, Kremldən verilən hər bir açıqlamaya şübhəylə yanaşır.
Blinken "Washington Post"un bu barədə sualına cavabda deyib ki, Kiyev rejiminin Kremlə hücumu barədə iddianı hələki dəqiqləşdirə bilməyiblər: "Hər hansı şəkildə yoxlaya bilmədiyimiz üçün bu məlumatı təsdiq edə bilmərəm. İkincisi, mən Kremldən verilən hər açıqlamaya böyük şübhə ilə yanaşıram. Baxacağıq, görək, gerçəklər hələ nədir".
Dövlət katibi Ukraynanın Rusiya ərazisinə hücuma edəcəyi təqdirdə, ABŞ-ın mövqeyinə də toxunub: “Bu, Ukraynanın verəcəyi qərardır”.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə məsələyə şərh verməyib.
Xatırladaq ki, bu gün Rusiya Prezidentinin Mətbuat Xidməti Putinə sui-qəsd cəhdinin olduğu haqqında sensasiyalı xəbər yayıb.
Açıqlamada Ukrayna kəşfiyyatının 2 PUA ilə Kremlə hücum etdiyi bildirilib: "Kremlə PUA ilə hücum həyata keçrildi. Hər iki PUA zərərsizləşdirildi. Hücumu Putinə sui-qəsd cəhdi kimi dəyərləndiririk. Rusiya dövlət başçısı Vladimir Putin zərər görmədi. Cavab haqqına hazırlıqlıyıq".
Digər tərəfdən, Moskva meri Sergey Sobyanin də yazılı açıqlama verərək, bu gündən etibarən Moskvada pilotsuz təyyarələrin uçuşunun qadağan edildiyini açıqlayıb.
Rəsmi Kiyev isə Kremlə hücumdan xəbərsiz olduqlarını bəyan edib: "Bizim belə hücumdan xəbərimiz yoxdur".
Samir MUSAYEV
MİA.AZ
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır
AzTV-də dəyişiklik - Nəcəf Həsənov direktor təyin olundu , Vəli Əkbər vəzifədən getdi
Vergi borcu olan “Qardaşlar Mebel” tenderdə qalib elan olunub- Sənəd
Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç olub
DTX Bakıda səfirliyə hücumun qarşısını alıb, həbslər var - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (VİDEO)
Bu gündən məktəblərdə qış tətili başlayıb
Xırdalanda anbar yanıb
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR
"XƏYAL QURMAYAQ, ABŞ-ın NÜVƏ ÇƏTİRİNİ DƏ İTİRƏRİK" - NATO Baş katibi Avropa liderlərinə açıq tribunadan elə mesaj verdi ki...
Söyüşə görə TV-dən qovulan tanınmış jurnalistin yeni iş yeri bəlli oldu: "Həyəcanlıyam"
Qvardiola "Qalatasaray"la oyunla balı azarkeşlərə səsləndi: "Dəstəyinizə ehtiyacımız var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir "TikToker" həbs edildi
Space TV-də gərginlik - "Götürmür, cəhənnəmə götürsün" (VİDEO)
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir