Azərbaycan və Ermənistan XİN başçıları ABŞ-da: "Sülh sazişinə doğru ciddi irəliləyiş var" - Blinken son 3 gündə ikinci dəfə tərəfləri bir araya gətirib (FOTOLAR/Yenilənib)
04-05-2023 [23:44]
ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və onları müşayiət edən nümayəndə heyətinin üzvləri aparılan danışıqlar nəticəsində Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
***
ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli danışıqların növbəti raundu başa çatıb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın dövlət katibi Entoni Blinken nazirlərlə görüşüb və yekun iclasa ev sahibliyi edib.
***
Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti üçtərəfli görüş başlayıb.
Mia.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində baş tutan görüşdə diplomatlar Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması və sülh sazişi ilə bağlı müzakirə aparılacaq.
***
“Azərbaycan və Ermənistan davamlı sülh sazişinə doğru ciddi irəliləyiş əldə ediblər”.
Bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib.
“Azərbaycan və Ermənistan arasında sülh razılaşması əldə edilə bilər, lakin son mərhələ həmişə ən çətin olanıdır”-deyə, o bildirib(Report.
***
Traix: 04.05.2023. Bu gün ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla yenidən görüşəcək.
Mia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatı yayıb.
Bildirilib ki, sülh üçün ən ideal variant tərəflərin vasitçilərsiz, yəni öz aralarında birbaşa görüşləri mühüm rol oynayacaq: "Biz buna inanır, sülh üçün bu istiqamətdə səy göstəririk".
Xatırladaq ki, son 3 gündür ABŞ-da olan Ceyhun Bayramov Ermənistan XİN başçısı ilə görüşlərini davam etdirir.
Onların mayın 2-dəki ilk görüşündə Dövlət katibi vasitəçilik edib. Bundan sonra tərəflər arasında həm təkbətək, həm də ABŞ departamentinin nüamyəndələrinin iştirakı ilə müzakirələr davam edib.
***
03.05.2023. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli görüşüb.
Mia.az xəbər verir ki, görüş ABŞ-nin Arlinqton şəhərində keçirilib.
Qeyd edək ki, mayın 1-də də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub.
***
Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında danışıqlar bir neçə gün davam edəcək.
Mia.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib(Report).
Xatırladaq ki, mayın 1-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.
Görüşdə diplomatlar regionda təhlükəsizlik vəziyyətini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələləri müzakirə ediblər.
***
"Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır”.
Bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.
“Bu həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla yeni Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində sülh danışıqlarına ev sahibliyi edirik. Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır”, - deyə o qeyd edib(Report).
***
01.05.2023
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olub.
Mia.az xəbər verir ki, XİN başçıları arasında ikitərəfli görüş Vaşinqtonda keçirilib.
***
Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüşüb.
Mia.az xəbər verir ki, görüş Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində keçirilib.
Görüş çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundu keçirilib.
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, diplomatlar regionda təhlükəsizlik vəziyyətini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələləri müzakirə ediblər.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Entoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.
Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.
***
Aprelin 30-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək.
“Aysor” xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Bildirilib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 30-da ABŞ-a işgüzar səfər edəcək. Səfər çərçivəsində onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünün, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dair sazişin müzakirəsinin növbəti raundunun keçirilməsi planlaşdırılır.
MİA.AZ
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR