“İRƏLİ”yə maliyyənin dayandırılma səbəbi açıqlandı - VİDEO

img

14-05-2014 [09:49]


Dünən "İRƏLİ” İctimai Birliyinin bağlandığı xəbəri yayıldı. 

ANS TV-nin məlumatına görə, birliyinin bağlanması haqda yayılan məlumatları aydınlaşdırmaq məqsədilə birliyin ofisinə getdik. Ofisdə birlik üzvlərinin əşyalarini toplayaraq daşındığını gördük, köç hələ davam edirdi.

"İRƏLİ” ictimai birliyinin sədri Rauf Mərdiyev təşkilatın bağlanması ilə bağlı mətbuatda yayılan xəbərlərin əsassız adlandıraraq birliyin öz fəaliyyətini əvvəlki qaydada, amma fərqli ünvandan davam etdirəcəyini dedi. 

Onun sözlərinə görə, birlik bir neçə dəfə yerləşdiyi ofisi dəyişib və bu ünvanda yerləşən ofislə müqavilə müddəti bitdiyinə görə, binanı tərk edirlər. 

"İRƏLİ” İctimai Birliyi 2008-ci ildən deputat Ceyhun Osmanlının rəhbərliyi altında fəaliyyətə başlamışdı. Birliyin 35 mindən çox üzvü var. "İRƏLİ”nin ofisdən çıxarılması təşkilata ayrılan maliyyənin dayandırılması ilə izah edilirdi. Maliyyənin dayandırılmasının əsas səbəbi kimi isə Elnur Aslanovun Prezident Administrasiyasından uzaqlaşdırılması və Ceyhun Osmanlının bu Birlik vasitəsilə Gülən hərəkatı ilə əlaqələri göstərilir. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA