Silahdaşları partiya sədrinə elə zərbə vurdu ki... - FOTO

img

28-04-2023 [09:03]


Ərdoğanın lideri olduğu AKP-niin siyahısı ilə deputatlığa namizəd olan Demokratik Sol Partiyasının (DSP) sədri Öndər Aksakala siyasi karyerasının bəlkə də ən ağır zərbəsi vurulub.

Mia.az xəbər verir ki, ziqzaqlı siyasi həyatı olan DSP sədrinin son anda Cumhur İttifaqına qatılması partiyasında birmənalı qarşılanmayıb.

Məlumata görə, özü və daha bir neçə nəfərə AK Partiyanın siyahısında deputatlığa namizəd statusu qazanan Öndər Aksakalın şəxsi mənafeyini üstün tutması DSP-də ciddi istefalara səbəb olub. Artıq həm mərkəzi qərargahda, həm də şəhər təşkilatlarında çoxsaylı istefalar yaşanır.

Bu gün isə DSP-inin Uşak şəhər təkilatı isə DSP sədrinə "sürpriz" edib. Belə ki, partiyanın qərargahının qarşısına sədrin təmsil olunduğu Cumhur İttifaqının deyil, Kamal Kılıçdaroğlunun lideri olduğu Mllət İttifaqına dəstək afişası asılıb.

DSP Uşak təşkilat rəhbəri Yüksel Duyqu Tviter-dəki paylaşımında yazıb ki, cümhuriyyət üçün, parlamentli sistem üçün, Türkiyənin gələcəyi, uşaqların gələcəyi, ümidləri üçün 1985 ruhlu əsl demokratik solçular Millət İttifaqı ilə yan-yana dayanacaqlar: "Biz bu gündən  yalnız Millət İttifaqına "hə" deyirik...".

Samir

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq