Ermənistanda 44 günlük müharibə zamanı fərarilik edən 2 minə yaxın şəxsə cinayət işi açılıb

img

25-04-2023 [16:20]


Ermənistanda 44 günlük müharibə zamanı fərarilik edən 1 786 min nəfərə cinayət işi açılıb.

Bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, 143 şəxs barədə 118 cinayət işi məhkəməyə göndərilib. Onlardan 64-ü artıq məhkum edilib, qalanları ilə bağlı məhkəmə prosesləri davam edir.

Məlumata görə, 756 nəfər fərarilikdə ittiham olunur.

Onlar İkinci Qarabağ müharibəsi zamanı hərbi hissəni icazəsiz tərk etməkdə, fərarilik və xidmətdən yayınmada ittiham olunurlar.\Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA