Xeberlent.az saytında nə baş verir?! - Mirşahinin açıqlamasından sonra müəmmalar

img

13-05-2014 [15:41]


Telejurnalist Mirşahin Ağayev jurnalist Xədicə İsmayıl və hüquq-müdafiəçisi Leyla Yunusun onlardan müsahibə almağa çalışan "ANS” müxbirinin ünvanına səsləndirdiyi ifadələrə XeberLent.az informasiya agentliyi vastəsilə kəskin münasibət bildirib. "Mən Xədicə İsmayıl adlı jurnalist və Leyla Yunus adlı siyasətçi tanımıram. Xədicə İsmayılı jurnalistən çox, çılpaq bir həqiqət kimi tanımışam. Daha doğrusu, onu jurnalistən çox, ilk uğursuz porno fəaliyyət göstərən bir insan kimi tanıdım. Bir kişi kimi, o səhnə mənə heç xoş gəlmədi. Eyni zamanda etiraf edim ki, bu, o qədər də xoşa gələn bir mənzərə deyildi. Şəxsən, mən belə həqiqətə ikrahla yanaşıram. Ayıblığa gəlincə, Xədicənin diskinə baxmaq daha çox ayıbdır, nəinki "ANS”də işləməyə. Təbii ki, Xədicənin məntiqilə düşünsək.” "Leyla Yunusa gəlicə isə, ola bilər o, nəvaxtsa prezident kürsüsü barədə oturacağı barədə iluziyalar qurardı, lakin sonda oturduğu "unitaz” oldu. Lakin bu da tam aşkarlıq şəraitində baş verdi. Görünür Leyla Yunusun adı demokratiyada elə bundan ibarətdir. " Maraq üçün onuda qeyd edək ki, Fransa səfirliyində Prezident Ollandla keçirilən görüşdən sonra Leyla Yunus və Xədicə İsmayıl növbəti dəfə jurnalistləri təhqir etdilər. Leyla Yunus ANS-in əməkdaşları haqqında `Mən də elə bilirəm ki, bunlar jurnalistlərdir` deyəndən sonra Xədicə İsmayıl `Ayıbdır. ANS-də işləmək ayıbdır`,- deyə onları aşağılayıb.

Xeberlent.az saytından mia.az-a verilən məlumata görə, ANS telekanalının vitse-prezidenti Mirşahin Ağayevin Xədicə İsmayılla Leyla Yunus barədə Xeberlent.az saytına verdiyi müsahibədən 5 dəqiqə sonra sayt naməlum səbəblərdən açılmır. Saytın rəhbəri deyib ki, hazırda saytın bərpası yönündə iş gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA