Ərdoğan son anda 3 namizədi geri çəkdi

img

20-04-2023 [09:29]


Ərdoğanın lideri olduğu AK Partiya dünən son anda deputatlığa namizədlərin siyahısında dəyişiklik edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan İstanbul şəhəri 3-cü bölgə üzrə 8-ci yerə AK Partiyanın MKYK üzvü, şəhərin keçmiş tşkilat sədri Bayram Şenocakın adını yazdırıb. Həmin yer üzrə Necmi Kadıoğlu geri çəkdirilib.

Bundan başqa, İstanbul 1-ci bölgə üzrə siyahıda 33-cü sırada namizəd göstərilən Mustafa Naim Yağcının yerinə Məhəmməd Enes Savaş, Samsunda 8-ci sırada namizəd göstərilən Kadir Kayanın yerinə isə Uğur Etlinin namizədliyi irəli sürülüb.

Xatırladaq ki, dünən namizədlərin siyahısı ilə bağlı YSK (MSK) yekun siyahını təsdqiləyib. 

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR