CHP-nin Ataşehirdəki seçki ofisinə hücum olub

img

19-04-2023 [15:03]


CHP-nin Ataşehirdəki seçki ofisinə hücum olub.

Mia.az Haberturk TV-yə istinadla xəbər verir ki,naməlum şəxslər CHP-ninAtaşehirdəki seçki ofisi qarşısında aslıan bayraqlaır çıxarıb, binaynı sprey boyalarla bərbad günə qoyduqdan sonra havaya atəşlər açıblar.

Hadisə ilə bağlı açıqlama yayan İstanbul Valiliyi bildirib ki, şübhəlilərin tutulması üçün əməliyyat tədbirləri başlayıb.

Qeyd olunub ki, hadisə gecə saatlarında Örnək məhəlləsində, Yunus Əmrə küçəsində yerləşən CHP Örnek Mahallesi Seçki Bürosunda baş verib: "Onlar ofisə zərər verdikdən sonra havaya üç əl atəş ediblər. Hazırda hıəmin şəxs və ya şəxslərin həbsi üçün  istintaq davam edir".

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA