Dəmirtaşın paylaşımı azərbaycanlı namizədi qəzəbləndirdi: "Unutma, "vurma" da var" - FOTO

img

18-04-2023 [16:25]


ATA ittifaqının prezidentliyə namizədi Sinan Oğan həbsdə olan HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaşın paylaşdığı montaj olunan səsvermə büllüteninə sərt etiraz edib.

Mia.az xatırladır ki, Demirtaş büllütendə Məhhərəmİncə ilə Sinan Oğanın fotolarının yerinə Ərdoğanın fotosinu yerləşdirərək Kılıçdaröğlunun, əslində, "üç Ərdoğan"la mübarizə apardığına diqqəti çəkib: "Bu, əslində, gerçək seçki büllütendir".

Onun belə bənzətməsi isə prezidentliyə namizəd Sinan Oğanı qəzəbləndirib.

O, Tviterdə ona cavab verib: "Səlahəddin, sənin başın riyaziyyatdakı bir tək "'bölmə" işləminə çalışır. Sənin ağlın bu işlərə yetməz. İşinə bax, bizə bulaşma! Unutma, riyaziyyatda "vurma"  işləmi də var".

Lamiyyə

Mia.az

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA