"Amnistey İnernational" növbəti hesabatını yaydı - "Jurnalistlərə işgəncələr çoxalıb"

img

13-05-2014 [11:21]


Dünyanın ən nüfuzlu insan haqları təşkilatlarındıan biri olan "Amnistey İnernational" növbəti hesabatını yayıb.

Avropa.info-nun məlumatına görə, qurum son zamanlar Ukraynada baş verən hadisələri sərt formada tənqid edib və bildirib ki, Ukraynada insanların hüquqlarının pozulmasına görə MDB məkanında 1-ci yerdədir.

Ukrayna hətta Özbəkistan və Türkmənistan kimi ölkələri də "qabaqlaya" bilib. Hesabatda bildirilir ki, son günlər bir-biri ilə qarşıdurmaya gedən tərəflər insanların hüququnu kobud şəkildə pozur.

Dövlət idarələrində, polis bölmələrində vətəndaşlara, jurnalistlərə işgəncələr çoxalıb. Qurumun Avropa və Asiya bürosunun rəhbəri Con Caqyuzen Ukraynada tərəfləri sülhə çağırıb. O, həmçinin MDB məkanında insan haqları ilə bağlı vəziyyətin daha da pisləşdiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA