Komanda yoldaşına yumruq atan futbolçu cəzalandırıldı

img

14-04-2023 [00:41]


Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya"nın "Mançester Siti"yə 3:0 hesabı ilə uduzduğu matçdan sonra Almaniya komandasının soyunub-geyinmə otağında dava düşüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Məlumata görə, “Mançester Siti” matçından sonra Sadio Manenin “Bavariya”da soyunub-geyinmə otağında Leroy Saneni yumruqla vurub.

“Bild”in xəbərinə görə, “Bavariya” rəhbərliyi komanda yoldaşına zərbə endirən Mane ilə bağlı bu gün qərarını verib. 

Qərara əsasən, o, komandanın əsas heyətindən çıxarılıb.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR