"Real Madrid"in oyunçusu rəqib futbolçunu qarajda vurdu - Klub polisə şikayət elədi

img

10-04-2023 [00:56]


"Real Madrid"in futbolçusu Federiko Valverde "Vilyarreal" matçından sonra parkinqdə rəqib futbolçu Aleks Baenaya hücum edib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Alkesin Valverdenın  həyat yoldaşı barədə xoşagəlməz sözləri olub.

İspaniyanın məşhur "Marca" nəşrinin yazdığına görə, Valverde hələ yanvar ayında oynanan ilk maçta yaşanan mübahisədən dolayı Aleks Baenanı vurub: "Həmin oyunda Aleks ona hamilə həyat yoldaşı barədə təhqiramiz sözlər deyib. Məhz bu səbəbdən Valverde ona bir neçə zərbə endirib...".

Məlumata görə, Aleksin klubu baş berənlərlə abğlı polisə şikayət edib.

Xatırladaq ki, "Real Madrid" La Liqanın 28-ci həftəsində "Vilyarreal"a 3:2 hesabı ilə uduzub. Bununla da Ançelottinin yetirmələri lider "Barselona"nın 12 xal gerisində qalıb.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR