12-05-2014 [17:29]
"Media forum” saytının məlumatına görə, Kəmalə Bənənyarlı saxlandığı məntəqədən (paytaxt polisinin Binəqədidəki saxlanma məntəqəsi) mayın 9-da yazdığı, mayın 12-də "Azadliq.info”da dərc edilən məktubda bildirib ki, onun işgəncəyə məruz qaldığı haqda vəkili Əsabəli Mustafayevin "Media forum” saytına dedikləri həqiqətdir.
Kəmalə Bənənyarlı mayın 6-sı Bakıda lokal etiraz aksiyasında tutularaq Nəsimi Rayon Polis İdarəsinə aparılıb. Mayın 7-də Nəsimi Rayon Məhkəməsi ona 30 sutka inzibati həbs cəzası verib. Vəkil Əsabəli Mustafayev mayın 8-də "Media forum” saytına deyib ki, Kəmalə Bənənyarlı Nəsimi Rayon Polis İdarəsində işgəncəyə, təzyiqə məruz qalıb. Həmin gün Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyilənləri qəti şəkildə təkzib edib, eyni zamanda vəkilin açıqlamasını "yersiz hay-küy qaldırmaqla ictimai diqqəti Kəmalə Bənənyarlıya yönəltmək istəyi” kimi qiymətləndirib.
Öz növbəsində Kəmalə Bənənyarlı Binəqədidəki saxlanma məntəqəsindən yazdığı məktubda Orxan Mansurzadənin açıqlamasını təkzib edib, vəkilin dediklərinin ictimai diqqəti çaşdırmaq cəhdi kimi yozulmasına qəti etirazını bildirib.
"Vəkilimin dedikləri mənim sözlərimdir. Bəli, mənim hüquqlarım pozulub, işgəncəyə məruz qalmışam” yazan Kəmalə Bənənyarlı məktubunda bildirib ki, mayın 7-də Binəqədidəki məntəqəyə yerləşdiriləndə başındakı şişi burada onu yoxlayan qadına göstərib, həmin qadın isə növbədə olan işçiyə Kəmalə Bənənyarlının başla boynunun arasında şiş olduğunu deyib.
Kəmalə Bənənyarlı məktubunda daha sonra bildirir: "Mən bunu akta yazdırdım, məni gətirən 2 nəfər qol çəkməyə qorxdu, qəbul edən adam özü qol çəkdi. Mayın 9-da mənə göstərilən akt isə həmin akt deyildi, akt dəyişdirilərək yerinə saxta akt qoyulub”.
Məktubunda Kəmalə Bənənyarlı İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovla görüşündən də söz açıb: "Mayın 9-da Elçin Behbudov otağıma gəldi. Mənim başım dəhşət ağrıyırdı. Başımı möhkəm sarıyaraq yatmışdım. Mən olanları danışdım, gətirilən gün başımdakı şişi qeyd etdiklərini dedim. Ancaq akt gələn zaman sonradan bildim ki, aktı dəyişiblər, hətta mənə çağırılan təcili yardımın verdiyi ağrıkəsicini və qusma əleyhinə vurulan iynəni kitabçada guya miqrendən başımın ağrıması kimi yazıblar”.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident onları mükafatlandırdı - SİYAHI
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı