"Bu gün köləlikdən azadlığa qovuşduğum gündür" - Namizədliyinə "yox" deyilən deputat əvvəl Ərdoğana üsyan etdi, daha sonra isə... 

img

12-04-2023 [00:12]


"Bu gün köləlikdən azadlığa qovuşduğum gündür".

Mia.az xəbər verir ki, bu sözləri Ərdoğanın lideri olduğu AK Partiyanın Mardindən deputatı Seymus Dinçel sosial şəbəkədəki səhifəsində paylaşıb.

14 may seçkilərində yenidən namizəd göstərilməyən deputat ABŞ-ın qurucu prezidenti Corc Vaşinqtonun prezidentlik müddəti başa çatanda, işlətdiyi məşhur ifadəsini paylaşaraq yazıb:  "Əlhəmdülillah... Bu gün köləlikdən azad olduğum gündür".

Daha sonra paylaşımının sərt qarşılandığını görən deputat növbəti paylaşım edərək, əvvəlki paylaşımının partiyasına üsyan olmadığını deyib.

Ancaq maraqlı budur ki, o, az sonra səhifəsini tam bağlayıb.

Samir

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA