Cumhur İttifaqına daxil olan partiyada kütləvi istefalar baş verir

img

11-04-2023 [21:06]


Cumhur İttifaqına daxil olan 4 partiyadan biri olan Yenidən Rifah Partiyasından kütləvi istefalar davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün partiyanın Samsun şəhər təşkilatının sədri və İdarəı Heyəti də tam tərkibdə istefa veriblər.

Təşkilat sədri Salih Şahin və 25 nəfərlik rəhbər heyət partiya sədri Fatih Ərbakanın hazırkı siyasətinə etiraz əlaməti olaraq istefaları barədə bəyanat yayıblar.

Salih Şahin sosial media hesabından yaydığı açıqlamada belə bir mühitdə "yel dəyirmanı" olmağa ehtiyac yoxdur.

Təşkilat sədri partiyanın tez-tez dəyişən mövqeyi və namizəd seçimlərinə etiraz olaraq belə qərar qəbul etdiklərini yazıb.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR