Kim Çen Indən nüvə xəbərdarlığı: "Biz hər an başlayacaq savaşa hazır olmalıyıq"

img

11-04-2023 [15:46]


"Şimali Koreyanın nüvə potensialı tez və praktiki şəkildə genişləndirilməlidir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen In ölkənin hərbi heyəti ilə görüşündə deyib.

Şimali Koreyanın rəsmi xəbər agentliyi olan Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, Kim bölgədə düşmən dövlətlərinin hərbi təliminin artdığı bir dönəmdə nüvə silahının vacibliyini önə çəkib: "Biz hər an başlayacaq savaşa hazır olmalıyıq. Baxın, biizm nüvıə sınaqlarımıza ABŞ-ın əl altısına çevrilən Cənubi Koreya həmin ölkəylə hərbi manevrlərlə cavab verir. Bütün bunlar işğal anonslarıdır. Biz onların birgə hərbi təlimlərnə cavab verəcək daha yüksək qabiliyyətə sahibik və bunu daha da inkişaf etdirməliyik".

Xatırladaq ki, dünən Cənubi Koreya Müdafiə Nazirliyi açıqlama yayaraq bildirib ki, Kim Çen In və onun iki ölkə arasında rabitəni təmin edən nümayəndəsi 4 gündür telefonlara cavab vermirlər.

Zülfiyyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA