Teatr kollektivi Xanım Qafarovanın evində - FOTO

img

12-05-2014 [15:01]


Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi mayın 9-da,  respublikanın əməkdar artisti Xanım Qafarovanı ziyarət ediblər. Ziyarətin məqsədi, aktrisanı doğum günü münasibətilə təbrik etmək olub.

   Mia.az-a Teatrdan daxil olan xəbərə görə, teatrın rəhbərliyi, aparıcı aktyorları, eləcə də gənclərin bu əlamətdar tarixdə Xanım Qafarovanı xatırlaması, uzun zamandır ağır xəstəliklə mübarizə aparan aktrisaya ruh yüksəkliyi, mənəvi kömək olub. 

    "Teatr kollektivi sağ olsun, məni heç vaxt unutmayıb, hər çətin anımda yanımda olublar. Ad günü təbriki də mənə xoş bir sürpriz oldu. Özəlliklə gənclərin ziyarətini mən, sənətə, sənətkara verilən dəyər kimi qiymətləndirirəm” - deyə bildirən aktrisa, həmkarları ilə növbəti görüşün səhnədə olması arzusunu dilə gətirib.  


Digər xəbərlər
SON XƏBƏRLƏR