Ayaz Mütəllibovun 76 yaşı tamam oldu -Hakimiyyətdən kimlər təbrik etdi? -AÇIQLAMA

img

12-05-2014 [14:54]


Bu gün Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun doğum günüdür. Keçmiş prezident Modern.az-a ad günü ilə bağlı bunları deyib:

"Doğum günümü təbrik edən bütün dostlara təşəkkürümü bildirirəm. Təbii ki, bu gün çoxlu sayda ad günü təbrikləri aldım. Qohumlar, dostlar telefon açıb öz ürək sözlərini bildirdilər. Nə deyə bilərəm, var olsun bütün dostlar!”.

"Bəs hakimiyyət nümayəndələrindən ad gününüzü təbrik edənlər olubmu” sualına eks-prezident cavab vermək istəməyib:

"Bu haqda danışmaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, bu gün səhərdən çoxlu təbriklər almışam”.

Ayaz Mütəllibovun yaxın dostlarından olan Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə ilə əlaqə saxladıq. O,Modern.az-a deyib: "Bu gün yaxın dostum Ayaz Mütəllibovun ad günüdür. Təbii ki, mən də bir dost olaraq onu təbrik etdim. Təbrikim ona həyatda can sağlığı arzulamaq oldu. Adətən, kiminsə ad günü olanda yığışıb masa ətrafında qeyd edirlər. Düşünürəm ki, bu o qədər də önəmli deyil. Dost dostun qəlbində yaşamalıdır. Mən də yaxın dostumu bir daha təbrik edirəm”.

Ayaz Niyazi oğlu Mütəllibov12 may1938–ci ildəBakıdaziyalı ailəsində anadan olub.1962–ci ildəAzərbaycan Neft-Kimya İnstitutunubitirib.

1959-cu ildə Bakı Soyuducular Zavoduna işə girib və 19 il burada çalışıb. Adi işçi kimi fəaliyyətə başlayan Mütəllibov 26 yaşında ikən bu iri müəssisənin müdiri vəzifəsinə təyin olunub.

1974-cü ildə isə "Bakelektromaş" istehsalat birliyinin müdiri təyin olunur.1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilib.1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunub.1982-ci ildə Azərbaycan SSR-in Dövlət Plan Komitəsinin sədri eyni zamanda Nazirlər Şurasının sədr müavini vəzifələrini tutub.

1988-ci ildən Nazirlər Sovetinin sədri olub.1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra –1990–cı ilin may ayında Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan prezidenti seçilib.

1990–cı ilin iyulundan1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub.

1991–ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı qətliamından sonra Ali Sovetin növbədənkənar sessiyası Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edib. Nəticədə1992-ci il martın 6-da o, istefa verib.

Həmin ilin mayında faciənin səbəblərini araşdıran komissiya Ayaz Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyindən Ali Sovet öz qərarını ləğv edir və onu mayın 14-də vəzifəsinə qaytarır. Lakin müxalifdə olan Azərbaycan Xalq Cəbhəsinin təzyiqi altında Ayaz Mütəllibov yenidən istefası barədə sənədi imzalamalı olur və ölkəni tərk edir. O vaxtdan etibarən o, 1992-ci ildən Moskvada yaşayır.

Daha sonra Azərbaycanda sabiq prezidentə cinayət işləri qaldırılıb. Baş Prokurorluq Ayaz Mütəllibovu Nazirlər Sovetinin sədri və prezident vəzifələrində işlədiyi, habelə istefa verəndən sonrakı dövrdə çoxsaylı ağır cinayət əməlləri törətməkdə ittiham edib.

Uzun müddətli mühacir həyatından sonra A.Mütəllibova 2011-ci il avqustun 8-də 49 yaşlı oğlu Azad Mütəllibovun vəfatı ilə əlaqədar Bakıya gəlməyəb icazə verilir. Oğlunun qırxı çıxandan sonra, sentyabrın 18-də o, Rusiyaya qayıdır.

Moskvada 20 illik mühacirət həyatı yaşayan sabiq prezident Ayaz Mütəllibovun Azərbaycana həmişəlik qayıtması nəhayət eks-prezidentlər haqqında qanun qəbul olunandan sonra gerçəkləşib.
2012-ci il iyulun 7-də xanımıyla birgə Moskvadan həmişəlik Bakıya qayıdan keçmiş prezidenti Binə aeroportunda qardaşı Əşrəf Mütəllibov, oğlu Zaur Mütəllibov, gəlinləri, nəvələri, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Mütəllibovun hakimiyyəti dövründə yüksək dövlət vəzifələrində çalışmış bəzi şəxslər, bir sıra tərəfdarları qarşılayıblar.

Ayaz Mütəllibov əvvəlcə Bilgəhdəki bağ evində yaşayıb. Daha sonra ona şəhərin mərkəzində mənzil verilib və Mütəllibov ora köçüb.
Ayaz Mütəllibov hazırda memuralarından ibarət kitab üzrəndiə işləyir. Bu, onun ilk kitabı deyil. Azərbaycanın keçmiş prezidentinin bundan öncə də bir neçə kitabı işıq üzü görüb. A.Mütəllibov həmçinin 1992-ci ildə qələmə aldığı "İstefamın tarixi”, 1994-cü ilə nəşr olunan "Qarabağ – qara bağ” ("Karabax - Corniy sad” ) adlı kitabların müəllifidir.

A.Mütəllibov bir müddət Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri olub. 2012-ci il iyunun 30-da partiyanın Bakıda keçirilən qurultayına təbrik məktubu göndərən Ayaz Mütəllibov həmsədr vəzifəsindən və siyasətdən getdiyini bəyan edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA