Partiya sədri prezidentliyə namizədi prosesə zərər verməkdə ittiham etdi:  "AKP-yə dəstək verirsən..."

img

11-04-2023 [09:43]


Səadət Partiyasının lideri Temel Karamollaoğlu prezidentliyə namizəd Məhərrəm İncəni gizli şəkildə Ərdoğana "işləmək"də ittiham edib.

Mia.az xəbər verir ki, Karamollaoğlu yerli “Cümhuriyyət” qəzetinə açıqlamasında seçki ilə bağlı sualları cavablandırıb.

"Məhərrəm bəyin namizədliyinin seçkiyə təsiri necə olacaq?" sualını cavab verən Karamollaoğlu deyib ki, onun geri çəkilməməsi “AKP-yə işləyən addım”dır: "Onun bu addımı prosesə zərər verir. Məhərrəm bəyin niyə belə bir addım atdığını anlamıram. AKP-yə dəstək verirsən, çıx, söylə. Bu, dediyim kimi, birmənalı olaraq, AKP-nin işinə yarayan addımdır. Buna rəğmən, xalqın sağlam düşünərək, düzgün qərar verəcəyinə əminəm".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR