Tailand boksunu ölkəmizdə “Dəmir Yumruq”la öyrədənlər var
09-04-2023 [15:29]
Ölkəmizdə maraqlı idman növü inkişaf etdirilir. Bəlkə də çoxlarına Muay-Tay (Tayboks) adı tanış gəlməz. Halbuki, neçə illərdi, idmanın bu növü üzrə yarışlar keçirilir, beynəlxalq turnirlərdə təmçilçilərimiz və qaliblərimiz var.
Azərbaycan Muay-Tay Tayboks Federasiyasının məlumatına görə, Tailand döyüş növlərinin toplusu olan Muaytayın (tayboksinq) ölkəmizdə inkişaf etdirilməsi, bu idman növü üzrə Azərbaycan idmançılarının beynəlxalq həvəskar və peşəkar qurumlarda təmsil edilməsi məqsədilə artıq neçə illərdi, ölkəmizdə müxtəlif səviyyədə idman yarışları keçirilir.
Muay-Tay Tayboks əslində çox maraqlı idman növüdü və qədim tarixi var. Onu qaydasız döyüş və ya kikboksinqlə, hərdən karate və uşu ilə səhv salırlar. Amma tayboksinq Tailandın qədim döyüş sənətidi və “azad döyüş”, “təkbaşına döyüş” mənası daşıyır. Bu idman döyüşü termini 1912-ci ildə rəsmi olaraq Tailand dövləti tərəfindən qəbul edilib.
Müasir muay-tay döyüşünü yumruq, ayaq pəncəsi və diz nahiyəsi, dirsəklər vasitəsilə aparmaq olar. Məhz buna görə Tailanda bu döyüşü “səkkizayaqlı dava” adlandırırlar. Dirsək və ayaq pəncəsi, dabanla endirilən zərbələr muaytayı unikal döyüş növü kimi tarixə salıb. Təsadüfi deyil ki, müasir Tailand ordusu bu döyüş növündən orduda fiziki hazırlıqlar zamanı fəal istifadə edir. Sadəcə, qədimdən qalma bəzi amansız və həyati təhlükəli hərəkətlər ləgv edilib və ya dəyişdirilib. İndi onun qaydaları boks üzrə qəbul edilən beynəlxalq qaydalara çox uygundu.
Muaytayçılar qədim zamanlarda əl və dirsək nahiyəsinə at dərisindən hazırlanan kəndir dolayaraq döyüşürdü, amma artıq müasir rinqə döyüş əlcəyi ilə çıxırlar. Bundan başqa, cüdonu xatırladan fəndlər və həmçinin qurşaqdan aşagı zərbələr də müasir muaytayda qadagan edilib. Amma nə qədər müasirləşdirilsə də, yalnız muaytayda istifadə olunan unikal zərbə növləri – diz və dirsəklərlə zərbələr indiyədək anoloqu olmayan döyüş texnikası hesab edilir. Lou-kik adlanan zərbə növü isə (aşagı ətraflara zərbə) hazırda MMA daxil olmaqla, əksər əlbəyaxa döyüş sistemlərində istifadə edilir.
Yeri gəlmişkən, 2021-ci ildə Avropa Olimpiya Komitəsi muay-tay döyüş növünü Avropa oyunlarına daxil edib və bu il keçiriləcək Avropa oyunlarında həm kişilər, həm də qadınlardan ibarət qruplar üzrə yarışlar təşkil olunacaq.
Keçən il Türkiyədə Muay Tay MMA üzrə keçirilən turnirdə Azərbaycanı təmsil edən və yarışın qalibi olan həmyerlimiz Rüstəm Müslümov Mia.az-a açıqlamasında deyib ki, hələ 2019-cu ildə Muay-Tay Tayboks üzrə keçrilən Respublika turnirində o, 81 kq çəki dərəcəsində birinci yerə çıxaraq, qızıl medal alıb:
- Yarışda müxtəlif çəki dərəcələrində 300-ə yaxın idmançı iştirak edirdi, onlar da diplom və medallarla təltif olunmuşdular. Bundan əvvəl isə mən Macarıstanda keçirilən dünya çempionatında 2-ci yerə çıxmışdım.
- Türkiyədə MMA döyüşündə siz Türkiyənin “Sakaryaspor” klubunu təmsil etmisiniz.
- Amma mən Azərbaycan adından iştirak etdim. Bu, çox maraqlı yarış idi: İndoneziya, Qazaxıstan, Əfqanıstan və Çeçnistandan peşəkar idmançılar çıxış edirdi. Bundan sonra daha mötəbər bir yarışa qatıldım: Şimali Kipr Respublikasında Avropa Ultimatiumun təşkilatçılıgı ilə keçirilən yoldaşlıq görüşündə “KKTC-Kuzey Kıbrıs Türk” medalı ilə təltif olundum. Yarışlarda Türkiyə, Rusiya, İngiltərə, Ukrayna, Afrika, Türkmənistan, Belarusiya, Qazaxıstan muay-tayçıları iştirak etdi.
- Hazırda məşqçisiniz, beynəlxalq səviyyəli idmançılar yetişdirməyə çalışırsınız. Sizin fikrinizcə, muaytayın inkişafı üçün ölkəmizdə daha hansı işlərin həyata keçirilməsinə ehtiyac var?
- Bəli, mən hazırda “Dəmir Yumruq” idman klubunda muay-tay üzrə məşqçiyəm. Əlbəttə, çox istərdim ki, idmanın bu növü ölkəmizdə daha yüksək səviyyəyə qalxsın, biz dünya yarışlarına peşəkar idmançılar hazırlaya bilək. Bunun üçün əlimizdən gələni edirik.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Bəstəkarlar İttifaqının sədri: “3600 manat təqaüd alır, 5 manatı gətirib vaxtında vermir” - VDEO
Azərbaycan nefti 1.4 dollar ucuzlaşdı
Tahir Budaqov rektorlarla görüşdü - FOTO
Agentliyin əməkdaşı minaya düşdü - Xocalıda
İlham Əliyev Qambiya prezidentinə məktub göndərdi - MƏTN
ZAUR ƏLİYEV GEDİR, NAZİR MÜAVİNİ YERİNƏ GƏLİR: bir müddət sonra isə... - Səhiyyədə böyük dəyişiklik planı
Sabahdan Ramazan ayı başlayır
Daha 17 itkin-şəhidi dəfn olunacaq - FOTOLAR
DYP sürücülərə texniki baxışla bağlı - XƏBƏRDARLIQ
Plastik cərrahların sayı artırıldı - SİYAHI
ABŞ blokadaya aldı, Kubada həyat iflic oldu: yanacaq, qida və turizm böhranı dərinləşir
Rusiyada nazir və köməkçisi həbs olunub - Korrupsiya ittihamı ilə
WUF13: vahid əməliyyat koordinasiya mexanizmi işə salınacaq
"Yuventus"un baş məşqçisi: "Bu qolların qisasını almaq istəyirik"
Türkiyədə kriminal dəstələrə qarşı əməliyyat: 37 nəfər saxlanılıb
TƏBİB-də yoxlama başlayır? - Vüqar Qurbanovun həbs təhlükəsi yaranıb, xeyli kadr isə yol üstədir
TƏBİB "silkələnir" - Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru da gedir?
Qəbul imtahanları: qeydiyyat prosesi başlayıb
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"