Ərdoğanın ittifaqında fikir ayrılığı yaranıb - MHP-yə görə

img

07-04-2023 [23:05]


Bu gün Cumhur İttifaqında birgə fəaliyyət göstərən Prezident Ərdoğanla Böyük Birlik Partiyasının sədri Mustafa Dəstəçi arasında qapalı görüşş olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşlə bağlı açıqlama verən BBP lideri Mustafa Dəstəçi seçki ətrafında Ərdoğanla müzakirə apardıqlarını deyib: "Təbii ki, əsas müzakirə parlament seçkilərinə vahid siyahı ilə getmək məsələsi idi. Cumhur İttifaqı bir siyahı ilə seçkilərə girsəydi, daha üstün olacaqdı. Deyək ki, ittifaqa daxil olan 4 partiyamız 47-48 faiz səsə sahibdir, bununla parlamentin 55 faizini rahatlıqla qazana bilərdik. Mən belə fikirdəydim, ancaq MHP-nin tələsik davranaraq fərdi qaydada siyahısını YSK-ya (MSK) təqdim etməsi, vəziyyəti dəyişdi...".

Dəstəçi bildirib ki, bundan sonra hər partiya seçkiyə fərdi qaydada gedəcək.

Ləman

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR