Bülent Ecevitin partiyası Ərdoğana dəstək verdi

img

07-04-2023 [19:14]


Türkiyənin mərhum Baş naziri Bülent Ecevitin qurucusu olduğu partiya Ərdoğana dəstək verəcəklərimi bəyan edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün Ərdoğanın lideri olduğu AK Partiyanın sədr müavini Binəli Yıldırım və AK Partiya sözçüsü Ömər Çelik Ecevetin qurduğu Demokratik Sol Partiyasının (DSP) qərargahında başqan Önder Aksakallı ilə görüşüblər.

Məlumata görə, görüşdən sonra hər iki tərəf əməkdaşlıqdan məmnun olduqlarını açıqlayıb.

DSP lideri Aksakallı AKP-yə seçkidə bütün gücləri ilə dəstək verəcəklərini bəyan edib: "Əgər qəbul edərlərsə, yaxın vaxtlarda AK Partiya qərargahını ziyarət edəcəyəm".

Xatırladaq ki, dünən Kamal Kılıçdaroğlu da DSP-də olub. Lakin görüşdən sonra verilən açıqlamalar tərəflərin anlaşa bilmədiklərini göstərib.

Zülfiyyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR