Ərdoğanla Baxçalıya "ilişən" gənc saxlanıldı - Akşenerdən sərt reaksiya

img

07-04-2023 [17:29]


Prezident Ərdoğan və MHP sədri Dövlət Baxçalının fotolarını stikerlər hazırlayan və sosial media hesablarında və marketlərdə yayan Mahir Akkoyun saxlanılıb. 

Mia.az xəbər verir ki, məsələyə İYİ partiya sədri Meral Akşener çox sərt reaksiya verib.

O, Ərdoğanla Baxçalının fotolarından ibarət etiketləri haızrlayan şəxsin həbsinin qorxudan qaynaqlandığını iddia edib: "Təhdidlərlə qorxudula bilməyən gənclərimizi azadlıqlarını müvəqqəti alamqla, qorxuda bilməyəcəksiniz. Sizin zülmünüz tezliklə sona çatacaq. Biz tarix yazacağıq. Həqiqəti deyən gənclərimiz, səbr edin, cəmi 37 gün qalıb”.

Xatırladaq ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçiriləcək.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR