İsveç hökuməti Türkiyənin tələbini rədd etdi 

img

06-04-2023 [21:51]


NATO-ya daxil olmaq üçün təsdiq gözləyən İsveç hökuməti Türkiyənin istədiyi terror şübhəlisinin ekstradisiyasına icazə verməyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, rəsmi Ankara terror törətməkdə ittiham olunan adı açıqlanmayan şəxsi İsveçdən rəsmən tələb edib. 

Lakin ölkənin Ali Məhkəməsinə qədər uzanan prosesdə Türkiyənin tələbi haqsız sayılıb. İsveç məhkəməsi ölkə vətəndaşı olan həmin şəxsin qanunla üçüncü ölkəyə verilməsini mümkünsüz sayıb.

Məlumata görə, Ali Məhkəmənin yekun qərarı İsveç hökumətində müzakirəyə çıxarıb. Hpkumət üzvləri də məhkəmənn qərarını haqlı sayaraq Türkiyənin tələbini rədd ediblər.

Bu arada İsveçin rəsmi xəbər agentliyi TT onu da yazıb ki, İsveç İnzibati Məhkəməsi də fevral ayında təhlükəsizlik riskləri səbəbindən Quranı yandırmaq istəyən iki nəfərə qoyulan qadağanı ləğv edib.

Zülfiyyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR