Fransada qəribə etiraz: kanalizasiya işçiləri ölü siçovulları bələdiyyənin qarşısına töküblər - FOTO

img

06-04-2023 [17:09]


Fransanın paytaxrtı Parisdə tətil edən kanalizasiya işçiləri ölü siçovulları bələdiyyənin qarşısına töküblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, kanalizasiya işçiləri iş şəraitinin çətinliyinə və maaşların azlığına diqqət çəkmək üçün özləri ilə gətirdikləri ölü siçovulları Böyükşəhər Bələdiyyəsinin qarşısına tökmələri ölkədə böyük maraq oyadıb.

Məlumata görə, bundan sonra onları şəhər rəsmisi Anne Souyris qəbul edib.

Fransanın BFMTV kanalına danışan Souyris bildirib ki, zibil yığanların və kanalizasiya işçilərinin daha yaxşı yaşamağa haqqı olduqlarını etiraf edib: "Biz bu istiqamətdə əlimzdən gələni edir, onların maaşlarını artırmaq üçün əlavə qaynaqlar axtarırıq"

Zülfiyyə

Mia.az

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR