Partiya binasına güllə atan: "İnsanların üzünə baxa bilmirəm"

img

06-04-2023 [12:41]


İYİ Partiya İstanbul təşkilatının binasına güllə atan və buna görə əvvəlcə saxlanılan, sonra isə sərbəst buraxılan gözətçisi danışıb. 

Mia.az xəbər verir ki, CNN TÜRK-ə açıqlamasında o, qərargahın yaxınlığında narkomanların çox olduğunu deyib: "Həmin günü də orada bir neçə nəfər ya narkotik qəbuluna, ya da oğurluğa gəlmişdi, bilmirəm. Mən burada tikinti də qaravulçuyam, onları qorxutmaq üçün 3-4 dəfə atəş açdım. İnanın, bu hadisədən sonra insanların üzünə baxa bilmirəm. Mersinli kirvələrim İYİ partiya üzvləridir. Özüm heç bir partiyanın üzvü deyiləm".

Qaravulçu deyib ki, əgər qəbul etsələr, bir dəstə çiçək alaraq İYİ aprtiyaya üzrxahlığa gedə bilər: "Yenə üzr istəyirəm, əgər qəbul etsələr, çiçək alıb yenə üzbəüz də üzr istəyərəm. İnanın, heç bir qəsdim olmayıb. Bir  səhv idi, oldu..".

Samir

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR