Azad İskəndərli Qulubəkovlar ailəsi ilə bağlı ölkənin Baş prokuroruna müraciət edib.! - VİDEO

img

12-05-2014 [11:51]


Bildiyiniz kimi bir neçə gün öncə saytımızda Qulubəkovlar ailəsi ilə bağlı yazı getmişdi.Və ailənin bildirdiyinə görə onların hüquqlarının müdafiəsini tanınmış hüquq müdafiəçisi Azad İskəndərli öz üzərinə götürmüşdü. Bununla bağlı Azad bəy İskəndərli bu gün məsələnin daha da böyük bir vüsət almaması üçün Respublikanın baş prokuroruna və digər əlaqəli təşkilatalara müraciət edib. Müraciətdə Azad bəy baş vermiş hadisəni tam təfsilatı ilə açıqlaya bilməsə də , hər halda ailəyə qarşı baş vermiş və verməkdə olan təqiblər, hədə-qorxular və repressiya ilə bağlı fikirlərini qismən də olsa çatdıra bilib. Azad bəyin Baş prokurora etdiyi müraciətin video çarxını sizlərə təqdim edirik. Nəzərinizə onu çatdırmaq istəyirik ki, Azad bəy 1 ssat öncə redaksiyamızla əlaqə saxlayıb və bildirib ki, "Özünü ParaBankın əməkdaşı kimi təqdim edib Sevinc xanımın qızıllarını aldadaraq əlindən almış Kamran adlı şəxs , Sevinc xanımın israrla qızıllarını onun anası Reyhandan istəməsindən sonra Hacı Minəxanım və Kamran müstəntiq Elçin Mustafayevin tapşırığı ilə birləşərək Sevinc xanımdan polisə şikayət ərizəsi ilə müraciət ediblər. Müstəntiq Elçin Mustafayevin də məqsədi o olub ki, Sevinc xanımın əməllərində ARCM-nin 178-ci maddəsinin (dələduzluq) tərkib hissəsi yaransın. Belə olan tərzdə həm Hacı Minəxanımın, həm Qızılı alıb aldatıb qaytarmayan Kamranın, həm də müstəntiq Elçin Mustafayevin özünün "işi düzəlsin.! Bizə verilən məlumata görə bu iş belə bir çirkin oyuna əl atan bu "cinayətkar şəbəkə”nin birinci işi deyil” deyə bildirib. Çox qəribədir ki, Nərimanov rayon polis idarəsində bütün bu baş verənlərə hələ də reaksiya verən yoxdur. Çünki, Elçin Mustafayevin əlində səlahiyyətlər olduğundan müxtəlif saxta sənədlər yazıb-pozaraq lazımi instansiyalara təqdim edərək özünü sığortalamağa çalışır. Amma Elçin Mustafayev onu unudur ki, əlimizdə əsassız və qeyri-qanuni olaraq 3 gün vətəndaşı polisdə müvəqqəti saxlama təcridxanasında saxlamaq (əsas özünün yazdığı ssenari olub.Yəni Kamranla , Minəxanımın şikayət ərizəsi.Onun da heç bir sübutu yoxdur), ona orada həm psixoloji həm də fiziki işgəncələr vermək, Minəxanımı Müvəqqəti saxlanma Təcridxanasına gətirərək , orada Sevinc xanıma "Ya mənə 5 min pulu ver, ya da səni buradan çıxarmayacağıq” demək, həmin bu proseslərin gedişatı zamanı orada olan polis əməkdaşlarının şahidliyini nəzərə almamaq, məhkəmədən sonra, yəni Sevinc xanım məhkəmə zalından buraxıldıqdan sonra Sevinc xanıma bu günə qədər , onun həyat yoldaşına və yaxın qohumlarına etdiyi zənglərin , danışıq stenoqramlarının olmasını və bu kimi digər faktlar vardır. Biz əlimizdən gələn bütün imkanlardan istifadə edəcəyik ki, təqsirlilər cinayət məsuliyyətinə cəlb olunaraq Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq cəzalansınlar. Azərbaycan hüquqi , dünyəvi Dövlətdir. Burada heç bir cinayətkar qruplaşmalardan söhbət gedə bilməz, əyər varsa da dərhal cəzalanacaqlarına inanıram”! deyə bildirib.

Sosialxeber.org ----Turxan Əlioğlu
PS. Qarşı tərəfin də fikirlərini öyrənib dərc etməyə hazırıq!

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 06.06.2025

Bayram namazı qılınıb

16:17 05.06.2025

Pirquluda zəlzələ olub

12:10 05.06.2025

Sabah yağış yağacaq