Ərdoğanın sözçüsündən güllə səpən partiya liderinə etiraz: "Kürsüdən güllə səpmək təhlükəli təhdiddr"

img

05-04-2023 [18:53]


Bu gün parlamentdəki deputatlarının qarşısında olduqca sərt çıxış edən İYİ Partiya sədri Meral Akşener bir neçə gün əvvəl partiyasının İstanbul təşkilatının binasına güllə səxəlmasını növbəti dəfə şəxsinə təhdid sayıb.

Mia.az xəbər verir ki, o, çıxışı sırasında bir sıxma güllə gilizini  tribunadan  səpərək heər hansı bir ölüm təhdidindən çəkinmədiyini deyib. Bundan əlavə, o, partiyasının deputatlarından fəal işləmələri barədə vəd alıb.

Akçenerin parlamentin binasında fraksiyası qarşısında güllə gilizi səpməsinə isə iqtidar partiyası olan AK Partiya etiraz edib.

Partiyanın sözüçüsü Ömər Çelik deyib ki,  Akşenerin çıxışı siyasətçiyə yaraşmayan çıxışıdır: "Kürsüdən güllə səpmə təhlükəli təhdiddr. Ayrıca, onun prezidentimizə qarşı üslübu xoş deyil. Üzvü olduğu ittifaqı idarə edə bilməyən bizə dərs verə bilməz"

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR