Kaliforniya mətbuatı etirazla qarşılayıb - Ermənipərəst qətnamə

img

12-05-2014 [11:39]


Erməni lobbisinin güclü təzyiqləri ilə Kaliforniya Ştat Assambleyasının 5 may tarixində müzakirə edərək, 8 may tarixində qəbul etdiyi, qondarma "DQR” ilə bağlı qətnaməni Kaliforniya KİV-ləri etirazla qarşılayıblar. KİV-lərin əksəriyyəti ABŞ hökuməti və bütün dünya birliyi tərəfindən Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanındığını bildirərək, bu qətnaməni ABŞ-ın xarici siyasətinə Kaliforniya Assambleyasının ziyanlı müdaxiləsi kimi qiymətləndiriblər.  
Sözügedən Ştatdakı konsulluğumuzdan Mia.az-a daxil olan məlumata görə, Kaliforniya siyasi dairələrinin ən çox oxunulan *"Sacramento Bee” <http://goo.gl/hEc1Bd>* qəzetinin tanınmış müxbiri Dan Uolters qətnamə ilə bağlı video-bloq vasitəsilə çıxış edərək, bunları bildirib: "Kaliforniya qanunvericilik orqanı bizim ödədiyimiz vergilərdən istifadə edərək, lazımsız işlərlə məşğul olur və mürəkkəb xarici siyasi məsələlərə burnunu soxur. Məsələn, götürək Dağlıq Qarabağ ilə bağlı qətnaməni. ABŞ bu bölgəni Azərbaycan ərazisi kimi tanıyır. Ancaq Qatto qətnaməsi isə bunun əksini söyləyir. Bu, Kaliforniyanın nəyinə lazımdır? Onsuz da bu qətnamənin münaqişə üçün heç bir önəmi yoxdur. Səbəb aydındır. Çünki Kaliforniyadakı böyük erməni lobbisi Ştat Assambleyayasına bu qətnaməni qəbul etmək üçün böyük təzyiqlər göstərir. Assambleyanın isə onlara "yox” deməyə gücü çatmır. Ancaq Assambleya erməni lobbisinə etiraz edərək, Kaliforniya əhalisini maraqlandıran işlərlə məşğul olmalıdır.” D.Uoltersin çıxışı ilə bu linkdə tanış olmaq olar: http://goo.gl/hEc1Bd
 
 Qətnamənin müəllifi, ermənipərəst Assambleya üzvü Mayk Qattonun seçki dairəsində də qətnamə narazılıqla qarşılanıb. Sözügedən dairədə dərc olunan *"Crescenta Valley Weekly” <http://goo.gl/DDy4Id>* qəzetinin müxbiri Ted Ayala öz məqaləsində Ermənistanın təcavüzkarlığı nəticəsində yüz minlərlərlə
azərbaycanlının Ermənistandan, eləcə də Azərbaycanın işğal olunmuş
ərazilərindən didərgin salındığını, ABŞ hökumətinin, həmçinin BMT
Təhlüksəzilik Şurasının qəbul etdiyi 4 qətnamənin Dağlıq Qarabağı
Azərbaycan ərazisi kimi tanıdığını bildirir. Müəllif Ermənistan silahlı
qüvvələrinin azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirdiyi
cinayətlərdən danışaraq, xüsusilə onların Kəlbəcər rayonunda törətdiyi
hərbi cinayətləri qeyd edir. T.Ayala Azərbaycanın Los Ancelesdəki baş
konsulu Nəsimi Ağayevdən aldığı müsahibəyə istinad edərək, bu qətnamənin
Kaliforniyanın azərbaycanlı və erməni icmalarını qarşı-qarşıya qoyduğunu,
sülh danışıqlarına mənfi təsir göstərə biləcəyini, həm ABŞ xarici
siyasətinə, həm də beynəlxalq birliyin iradəsinə qarşı olduğunu bildirir.
Sonda müəllif bir sıra başqa ABŞ ştatlarının Kaliforniyadan fərqli mövqe
tutaraq, ABŞ federal hökumətinin xarici siyasətini dəstəkləyən qətnamələr
qəbul etdyini qeyd edir və bu səpkidə Arizona qanunvericilik orqanının
Azərbaycanın ərazi bütövlüyün dəstəkləyən 30.01.2014-cü il tarixli
qətnamələrini diqqətə çatdırır. Məqaləni bu linkdə oxumaq olar:
http://goo.gl/DDy4Id
 Kaliforniya siyasi dairələrində geniş şəkildə oxunan analitik bloq –
"*California
Political **News & Views**”* saytında dərc olunmuş "Sakramento demokratları
iş yerləri yaratmaq əvəzinə xarici siyasətlə məşğuldurlar”<http://capoliticalnews.com/2014/05/07/sacramento-democrats-want-foreign-policy-instead-of-jobs/>başlıqlı
məqalədə isə qeyd olunurki, "Kaliforniya depressiya içindədir,
işsizlik 15%-dir, vergilər yüksəkdir, iş yerləri bağlanmaqdadır, pensiya sistemi tənəzzül etməkdədir, 16.7 milyard dollarlıq büdcə kəsiri var, ancaq bütün bunları həll etmək əvəzinə Ştat Assambleyasının üzvü Mike Qatto Ermənistan ilə Azərbaycan arasında olan məsələyə dair qətnamə hazırlamağa vaxt tapır.” Eyni electron nəşrdə Azərbaycanın Los Ancelesdəki baş konsulu N.Ağayevin "Kaliforniya qanunvericilik oqranı özünün erməni lobbisi tərəfindən manipulyasiyasına imkan verməməlidir”, <http://capoliticalnews.com/2014/05/07/sacramento-democrats-want-foreign-policy-instead-of-jobs/> başlıqlı məqaləsi də dərc edilib.
  *"Los Angeles Times”
<http://www.latimes.com/local/la-me-nagorno-karabakh-20140506-story.html>*qəzetinin dərc etdiyi iki məqalədə isə müəllif Melani Meyson ABŞ
hökumətinin Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını, buna görə
də, bu qətnamənin ABŞ-ın xarici siyasətinə zidd olduğunu və xüsusilə şərqi
Ukraynada hazırda baş verən hadisələr fonunda belə bir ziddiyyətin
yersizliyini qeyd edir. Qeyd edək ki, kaliforniyalı oxucular bu məqalələrə
şərhlər yazaraq, qətnaməyə etirazlarını bildirib, Kaliforniya
qanunvericilərinin xarici siyasətlə məşğul olmaqdansa, ştatın
təxirəsalınmaz problemlərinin həllinə diqqət yetirməli olduqlarını
söyləyiblər. Məqalələrlə bu linklərdə tanış olmaq olar: http://goo.gl/wYRSYjvə
http://goo.gl/yOA14L
 
Separatçılıq və etnik münaqişələr üzrə ixtisaslaşan *"Springtime of
Nations”
<http://springtimeofnations.blogspot.com/2014/05/california-assembly-passes-resolution.html>*siyasi
bloqunda dərc olunmuş "Kaliforniya Assambleyası etnik təmizləməyə haqq qazandıran qətnamə qəbul etdi”<http://springtimeofnations.blogspot.com/2014/05/california-assembly-passes-resolution.html>başlıqlı məqalədə də sözügedən
qətnamə kəskin tənqid olunur. Müəllif Ermənistan tərəfindən həyata
keçirilmiş işğal, etnik təmizləmə və Xocalı soyqırımı barədə oxucuları
geniş məlumatlandıraraq, Kaliforniya qanunvericilərinin bu qətnamə ilə
bütün bu cinayətlərə haqq qazandırmış oluqlarını vurğulayır. Məqaləni bu
linkdə oxumaq olar: http://goo.gl/085crp

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA