Kılıçdaroğlu: "Mənim namizədliyimə mane olmaq istədilər"

img

04-04-2023 [15:34]


"Mənim namizədliyimə mane olmaq istədilər".

Mia.az xəbər verir ki, bu sözləri Millət İttifaqının prezidentliyə namizədi, CHP lideri Kamal Kılıçdaroğlu bu gün Trabzonda mitinqdə deyib.

O bildirib ki, heç kimə kinli deyil: "Namizədliyimə mane olmaq istədilər. Heç kimə kin saxlamıram, hirslə baxmıram. Bu ölkəyə ya ədaləti gətirəcəyəm, ya da gətirəcəyəm".

Kılıçdaroğlunun sözlərinə görə, prezident seçildikdən sonra bütün bürokratik əngəlləri aradan qaldıracaq: "Allah nəsib eləsin. Seçilən kimi, bütün  təqaüdçülərin hesabına 15 min lirə birdəfəlik ödəmə kçürülüəcək. Bu ölkədə oğurlanan, dağıdılan pulları xalqa yönəldəcəm".

Zülfiyyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA