Baxçalıdan Akşenerə sərt mesaj: "Özünü buğda anbarında görür"

img

04-04-2023 [14:05]


MHP lideri Dövlət Baxçalı İYİ Partiya sədri Meral Akşenerin prezidentliyə namizəd Kamal Kılıçdaroğluna xitabına qəzəblənib.

Mia.az xəbər verir ki, bu barədə o, "Türkgün" qəzetinə geniş müsahibəsində danışıb.

MHP lideri Dövlət Baxçalı İYİ Partiya sədri Meral Akşenerin prezidentliyə namizəd Kamal Kılıçdaroğluna müraciətinə "hörmətli prezidentim" kimi xitab eləməsini gülməli adlandırıb: "İYİ Partiya sədri indidən havaya girib, cənab Kılıçdaroğlunu "cənab prezident" deyə qarşılayır. Çox gülməli, çox dramatik faciədir. Özünü buğda anbarında görür, xəyallara qalmış, şüuru yoxa çıxmış şəkildədir".

MHP lideri daha sonra Kılıçdaroğluna "yüklənərək" onu "bacarıqsız", "qorxaq",  "işbilməz" və sair kimi epitetlərlə aşağılayıb.

Bildirib ki, bu adamlara ölkə etibar etmək olmaz.

Lamiyə Əhmədi

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA