Ədliyyə naziri: "Bu mənfur hücumdan siyasi məqsədlər üçün istifadə etmək düzgün deyil"

img

31-03-2023 [20:25]


Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ İYİ Partiyanın İstanbul təşkilatına olan silahlı hücuma münasibət bildirib.

Mia.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Nazirin sözlərinə görə, hücumla bağlı İstanbul Bakırköy Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaq başladılıb: "Hücum bütün ölçüləri ilə aydınlaşdırılacaq. Hücum edən şəxs tutulmadan bu mənfur hücumdan siyasi məqsədlər üçün istifadə etmək düzgün deyil".

Nazir əmin edib ki, həqiqət üzə çıxacaq: "Ədalət öz yerini tapacaq”.

Xatırladaq ki, artıq təşkilata güllə atan şəxs saxlanılıb.

Lamiyyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA