Ermənilər hücuma keçdi: 4 hərbçimiz şəhid oldu, nazirliik xəbəri təxribat saydı - Nə baş verir?

img

11-05-2014 [12:13]


Ermənistan silahlı qüvvələrinin işğal altında olan Qarabağ torpaqlarında təxribatlar törətməkdə davam edirlər. 

Məlumata görə, dünən gecə ermənilər növbəti dəfə Azərbaycan Ordusunun Tərtər istiqamətində atəşkəsi pozublar. 

Xəbərdə deyilir ki, düşmən cəbhə xəttini keçərək, Azərbaycan Ordusunun nəzarətində olan postlarımızı ələ keçirməyə cəhd edib. Düşmənin qarşısı alınsa da, əks hücum itkisiz olmayıb. Baş verən atışmada 4 hərbçimizin şəhid edildiyi bildirilir.

Şəhid olan hərbçilərimizin kimliyi məlum olub: 

Qurban Həsənov 24 yaş (leytenant).

Ramazan Abdullayev 23 yaş (leytenant) 

Cahangiz Muradov 19 yaş (manqa komandiri) 

Fərid Əliyev- 19 yaş(jam.az).

****

"Azərbaycan Müdafiə Nazirliyi cəbhə bölgəsində 4 hərbçinin şəhid olması barədə xəbəri təkzib edib.  Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya bildirib ki, nazirlik bu xəbərlə bağlı geniş araşdırma aparıb: "Bu, Azərbaycan Ordusuna qarşı təxribatdır”.

V. Dərgahlı xəbərlə bağlı geniş açıqlamaları olacağını da bildirib.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən isə  bildirlib ki, dünən və bu gün ərzində Silahlı Qüvvələrdə heç bir ölüm faktı qeydə alınmayıb: "Bu barədə yayılan məlumatlar yalan və əsassızdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR