Dollara tələbin artması manat üçün risklər yaradırmı? - Deputatdan şərh
28-03-2023 [18:02]
Mərkəzi Bankın bu gün təşkil ediyi hərracda xarici valyuta tələbi 96.3 milyon dollar olub. Əvvəlki hərracda sifarişin 47.9 milyon dollar olduğunu nəzərə alsaq, dollara tələbin 2 dəfədən çox artdığı görünür.
Dollara tələbin artması manat üçün risklər yaradırmı? Tələbin artması səbəbləri nədir?
Mia.az xəbər verir ki, bu suallara cavab verən deputat Vüqar Bayramovun sözlərinə görə, tələbin artmasının əsas səbəbi qeyri-iş günlərinə görə təxminən son 2 həftədə valyuta hərracların keçirilməməsidir:
"Biznesin dollara bəlli tələbi var və bayram günləri banklar çalışmadığı üçün bu günki hərracda artan sifarişlərə əsasən məbləğ formalaşdı. Nəticədə, dollara tələbin hiss edilən səviyyədə yüksəlməsi qeydə alındı.
Müqayisə üçün qeyd edək ki, oxşar tendensiya 2022-ci ilin Novruz bayramından sonra da müşahidə olunmuşdu. Belə ki, 2022-ci il 29 mart hərracında dollara tələb 105 milyon dollar olsa da sonrakı hərracda sifariş həcmi 72.2 milyon dollara, daha sonra 68.0 milyon dollaradək azaldı.
Bu baxımdan, növbəti hərraclarda mərhələli şəkildə sifariş həcminin azalacağı gözlənilir. Amma təbii ki, bu birbaşa hərracların hansı dövrülükdə keçirilməsindən asılı olacaq. Dollara hərracda tələbin optimallaşdırılması üçün Mərkəzi Bank tərəfindən yaxın günlərdə yenidən hərracın təşkil edilməsi vacibdir".
Deputat xatırladır ki, 2022-ci ildə Azərbaycanın idxalı 14 milyard 539 milyon dollar olub: "2021-ci ildə idxal 11 milyard 705 milyon dollar, 2020-ci ildə isə 10 milyard 732 milyon dollar idi. Göründüyü illər üzrə idxalda hiss edilən artım var. Bunun bir hissəsi dövlət sifarişləri olsa da biznesin də payı az deyil. Təbii ki, idxal inflyasiyasi da digər indikatordur. İdxal artdıqca dollara tələb də artır. Doğrudur, ixracatda da artım yüksəkdir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, ixrac qazancımızın əhəmiyyətli hissəsi enerji gəlirləri olaraq valyuta ehtiyatlarımızı artır. Bütövlükdə, idxal həcmi və xarici səfərlərin intensivliyini nəzərə aldıqda yaz aylarında dollara tələbin kəskin azalacağı gözlənilmir.
Samir Musayev
MİA.AZ
Keçmiş diplomat 4 maddə ilə axtarışa verilib
İstanbulda zəlzələ oldu - 3,8 bal gücündə
Türkiyənin Tripolidəki səfirliyindən öz vətəndaşlarına - Xəbərdarlıq
Liviyada qruplaşma lideri öldürüldü, ara yenə qarışdı, hökumət açqlama yaydı: "Münaqişə bölgəsi nəzarət altındadır"
Partiya sədrinə elə rəsm əsəri bağışlandı ki... - Tramp, Makron, Putin, Əsəd və Netanyahu "mat" edilib (FOTO)
Ege dənizində zəlzələ olub - 4,9 bal gücündə
İlham Novruzov vəzifədən azad olunub
Baxçalının Səlahəddin Dəmirtaşla görüş istəyinə "yox" deyilib? - Nazirlikdən açqlama
HƏMAS amerikalı əsir hərbçini azad etdi, lakin İsrail dayanmadı - Qəzza daha ağır formada bombalanır
Ərdoğanla Zelenski telefonda danışdı: "Sülh üçün yaranan fürsətin qaçırılmayacağına inanıram"
Karlo Ançelottnin "Real"dakı "ömrü" bitdi - Məşhur məşqçi Braziliya yığması ilə anlaşdı
Trampdan diqqətçəkən anons: "Oradan İstanbula uça bilərəm" - Ərdoğan böyük prosesə ev sahibliyi edəcək"
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan, Babayan... - Onlar Bakıda məhkəmədə sorğu-sualda + FOTOLAR
"Son zəng" üçün pul tələb edən məktəb direktoru vəzifədən çıxarıldfı
Kremlin sözçüsü: "İstanbulda Ukrayna ilə qeyd-şərtsiz və..." - "Türkiyədə sülh masası yenidən qurulacaq"
İlham Əliyev Ərdoğanı təbrik edib
Xarici İşlər Nazirliyi açıqlama yayıb
Qarabağ zonasında daha 315,7 hektar ərazi minalardan təmizlənib
Yağışlı hava davam edəcək
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Əli Əsədov yeni qərar imzalayıb
Türkiyədə daha bir məşqçisi istefaya göndərildi
PKK NİYƏ ÖZÜNÜ BURAXDI? - TƏHLİL
GƏLƏN AY NEÇƏ GÜN İŞ OLMAYACAQ? - Detallar
Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti”nə 2025-ci ilin ilk rübündə 500-dən çox müraciət daxil olub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ceyhun Bayramov Bəhreyndə - XİN başçısı ilə görüş olub (YENİLƏNİB)
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - Qalmaqal
Azərbaycanlılar Rusiyaya necə gedəcək? - Sərtləşən qaydalar və gözlənilən təhlükə...
Un neçəyədir? - Son qiymət
"Qarabağa qayıdış təkcə könüllü yox, həm də məcburi olmalıdır" - "Məsələn, Aqil Abbas, deputatsan, lap yaxşı, get, qal Ağdamda"
Əmrullayevin “TikTok”dakı müsabiqəsi: “Bu, biabırçılıqdır" - "Yəni, hər cür “bambılılıq”, şou çıxarın və..."
Prezident İlham Əliyev daha qanunu təsdiqlədi
DAHA BİR UNİVERSİTETƏ REKTOR TƏYİNATI OLDU - Sərəncam
Amasyada ardıcıl iki zəlzələ oldu - 4,4 və 4,2 bal gücündə
Rusiya MN: "Daha bir qəsəbə ələ keçirilib"
Prezidentin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
Vaqif Cavadov istefaya göndərilib
Gəncədə mənzildə yanğın: ölən var
Sabah hava proqnozu açıqlandı
Naxçıvanda iki nəfər saxlanılıb
İcra başçısının 721 minlik planı... - Agentlik qarşısını aldı
PKK özünü ləğv etdi - Qondarma təşkilat bəyanat yaydı