Keçmiş diplomat 4 maddə ilə axtarışa verilib

img

13-05-2025 [09:02]


Bakı şəhər Baş Polis İdarəsi Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədovun axtarış dosyesini yayıb.

Mia.az Lent.az-a istinadən xəbər verir ki, sabiq səfir Cinayət Məcəlləsinin 4 maddəsi ilə təqsirli bilinir.

Ona qarşı mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə maddələri ilə ittiham irəli sürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR