100 min imza toplaya bilməyən partiya lideri: "Ərdoğanla görüşdüm, ona dedim ki..."

img

28-03-2023 [10:06]


Prezidentliyə namizədliyi üçün lazım olan 100 min imzanı toplaya bilməyən və bu səbəbdən "yarışdan kəsilən" Vətən partiyasının sədri Doğu Perinçek prezident Ərdoğandan onları ittifaqa daxil etməsini istəyib.

Mia.az xəbər verir ki, bu barədə o, Hadi Özışığın "Youtube" kanalında danışıb. 

Perinçek prezident Ərdoğanın onu görüşə dəvət etdiyini gizlətməyib: "Onunla çox mehriban söhbətləşdik. Ondan Cumhur İttifaqına qoşulmamızı istədim. Ancaq Ərdoğandan müsbət cavab ala bilmədim".

Perinçek Ərdoğanın ona "yox" deməsini belə izah edib: "HUDA PAR-a üstünlük verdiklərinə görə... Fakt budur”.

Xatırladaq ki, Perinçek bir müddət əvvəl HUDA PAR bölücü bir təşkilat sayıb.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR