Pərviz Şahbazov Almaniyaya gedir

img

27-03-2023 [15:42]


Energetika naziri Pərviz Şahbazov martın 28-29-da Almaniyanın paytaxtı Berlində təşkil olunacaq "9-cu Berlin Enerji Keçidi Dialoqu" adlı beynəlxalq konfransda iştirak edəcək.

Energetika Nazirliyindən Mia.az-a bildirilib ki, P. Şahbazov Almaniyanın federal xarici işlər naziri Annalena Berbok və iqtisadiyyat və iqlim naziri, vitse-kansler Robert Habekin dəvəti ilə Berlinə səfər edib.

Müxtəlif ölkələrdən nazirlərin, beynəlxalq təşkilat və maliyyə institutlarından yüksək səviyyəli nümayəndələrin qatılacağı tədbirdə energetika nazirinin çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA