Fuad Oktay parlament seçkisinə qatılacaq - Ərbakanın oğlu isə vitse-prezident vəzifəsinə təyin ediləcək

img

24-03-2023 [17:53]


Xəbər verdiyimiz kimi, bu gün mərhum baş nazir Nəcməddin Ərbakanın oğlu, Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan prezidentliyə namizədliyini geri çəkərək,  Prezident Ərdoğanın lideri olduğu Cumhur İttifaqına qatılıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ərbakanın qəfil geri çəkilməsi aparılan gizli danışıqlar nəticəsində gerçəkləşib.

 İddiaya görə, danışıqlar nəticəsində Fatih Ərbakana ölkənin vitse-prezidenti vəzifəsi vəd verilib.

Bu barədə TRT Haber-ə danışan jurnalist Güngör Yavuzarslan açıqlama verib.

Onun sözlərinə görə, Fatih Ərbakan Ərdoğanın növbəti prezidentliyi dönəmində vitse-prezident postunu tutacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl Ərdoğan hazırkı vise-prezident Fuad Oqtayın Ankaradan deputatlığa namizəd olacağını bəyan edib.

Samir Musayev

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR