Ərbakanın oğlu yenidən geri çəkildi: "Tələblərimiz üzrə razılaşdıq" - Ərdoğanın lideri olduğu ittifaq genişləndi (Yenilənib)
24-03-2023 [19:02]
Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan prezidentliyə namizədliyini geri çəkdiyni rəsmən bəyan edib.
Mia.az TRT-yə istinadla xəbər verir ki, Ərbakan bu barədə az əvvəl brifinqdə açıqlama verib.
O bildirib ki, Ərdoğanla görüşdən sonra belə bir qərar verib: "Bundan sonra biz prezident seçkisində Cumhur İttifaqının çatısı altında olacaq və Prezident Ərdoğanın namizədliyini dəstəkləyəcəyik. Ancaq parlament seçkilərinə öz emblemimiz, öz siyahı və namizədlərimizlə qatılacağıq".
Fatih Ərbakan deyib ki, Ərdoğanla müzakirədən sonra ittifaqa qatılmağa qərar verilib: "Prinsip olaraq, partiyamızın bütün tələbləri AK Pariya tərəfindən qəbul edilib və ikitərəf də bunu sənəd üzərində imzalayıblar. Hörmətli prezident Ərdoğan yaxın günlərdə partiyamızı ziyarət edəcək. Həmin ziyarətdən sonra daha ətraflı açıqlamalrımız olacaq"
F.Ərbakan son 3 gündə prezidentliyə namizədliyi üçün imza toplayanlara da təşəkkür edib: "Son 3 gündəki sürətli imza toplanılması və partiyamızın yerl təşkilatlarının dinamikliyi bugünkü ittifaq razılaçşmasına mühüm təsir edib. Buna görə, qardaşlarımıza təşəkkür edirəm".
***
Sabiq baş nazir Nəcməddin Ərbakanın oğlu, Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan prezidentliyə namizədliyini geri çəkərək, Prezident Ərdoğanın lideri olduğu Cumhur İttifaqına qatılıb.
Mia.az TRT-yə istinadla xəbər verir ki, Ərbakan bu gün AKP-MHP-BBP-nin formalaşdırdığı 3 partiyanın ittifaqına qoşulmaqla bağlı protolkolu imzlayacaq.
Xatırladaq ki, martın 20-də mətbuat konfransında Prezident Ərdoğanın lideri olduğu Cumhur İttifaqına qatılmayacaqlarını və seçkiyə tək başına gedəcəklərini açıqlayan sabiq baş nazir Nəcməddin Ərbakanın oğlu, Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan prezidentliyə namizədliyini irəli sürüb.
Mia.az xəbər verir ki, bu məqsədlə Mərkəzi Seçki Komissiyasına (Ali Seçki Qurumu (YSK)) gedən Fatih Ərbakan orada jurnalistlərin suallarını cavablandırıb.
Ərdabakan Cumhur İttifakına qatılmamaları barədə suala belə cavab vermişdi: "Zamanı gələndə, bu barədə suala daha ətraflı cavab verərik. Hələlik onu deyə bilərəm ki, belə olmasını partiyamızın yetlkili qurumları məsləhət gördü. Biz də bunu qəbul edərək, doğru saydıq".
Bu gün isə fərqli qərar ortaya çıxıab.
Onu da xatırladaq ki, "CNN Türk" kanalı bir neçə gün əvvəl Ərbakanın oğlunun Ərdoğandan 20 deputat mandatı qazanmaq üçün təminat istəyib. AKP iqridariı adından ona bu tələbinə "yox" deyildiyi üçün danışıqlar dayandırılıb. Bu gün Fatih Ərbakanın hansı vədlə yenidən qərarınə dəyişdirməsi Türkiyə cəmiyyəti üçün aktual müzakirəyə səbəb olub.
Samir Musayev
Mia.az
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO