Xaçmazda maraqlı olay: evinə girib əllərini bağladı, daha sonra isə....

img

22-03-2023 [10:30]


Xaçmaz sakininin əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 3 500 manat alan şəxs saxlanılıb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, martın 20-də Xaçmaz rayon sakini E.Kərimov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ötən il oktyabr ayında həmyerlisi A.Əlislamovun oğurluq məqsədi ilə həyətinə girməsini, onun əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 5 000 manat pul tələb etməsini və 3 500 manat aldıqdan sonra sərbəst buraxmasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən A.Əlislamov saxlanılıb.

Xaçmaz polisi tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA